TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


14.11.2023  09:20 

Müstəqilliyin 40-cı ildönümü Bakıda qeyd olundu





A+  A-

Bakıda Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 40-cı ildönümü münasibətilə tədbir keçirilib.

Xəzərnews.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib.

Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. O, ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Diplomat çıxışında Azərbaycan xalqını və dövlətini ərazi bütövlüyünü tam bərpa etməsi münasibətilə təbrik edib.

Şimali Kiprin müstəqillik tarixindən və inkişafdan danışan U.Turganer ölkəsinin gündən-günə inkişaf etdiyini bildirib.



Şimali Kiprin rəhbəri Ersin Tatarın ötən ay Azərbaycana səfərindən danışan diplomat ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğunu, bu əlaqələrin inkişafının yeni mərhələsinin başlandığını deyib.

Türkiyənin hər zaman Azərbaycanın və Şimali Kiprin yanında olduğunu qeyd edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bizim Şimali Kiprlə zəngin əlaqələrimiz var:

"Bu ölkədə təhsil alan tələbələrimizin sayı kifayət qədərdir. Siyasi əlaqələrimiz də getdikcə inkişaf edir".



Bu günlərdə Azərbaycan Zəfərinin 3-cü ildönümünü təntənə ilə qeyd etdiyini bildirən S.Seyidov Türk dünyası ölkələrinin bir-birinə daha da yaxınlaşmasının əhəmiyyətini vurğulayıb:

"Azərbaycan Şimali Kipri dəstəkləyir. Ölkənin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzv seçilməsi tarixi hadisədir və hər birimizi qürurlandırır".

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və ictimaiyyət nümayəndələri iştirak ediblər.



Xəbər 2778 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +