Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


05.11.2023  14:49 

Azərbaycanın sayəsində qurulan mədəni, iqtisadi, geosiyasi – TURAN





A+  A-

2009-cu ildə Azərbaycan tərəfinin təşəbbüsü ilə türkdilli ölkələrin Naxçıvanda keçirilmiş Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı yaradılması qərara alındı. Bu, 19-cu əsrin sonlarından etibarən müxtəlif siyasətçilərin, fikir adamlarının tez-tez bəhs etdiyi Turan ideyasının real siyasi məzmun qazanması yolunda illk ciddi addım idi.

Türkiyənin indi fəaliyyətini dayandırmış nəşrlərindən birində Turan ideyasının doğuş tarixçəsi qısa olaraq belə anladılmışdı – ideya 19-cu əsrdə Osmanlıya azərbaycanlı və tarar ziyalılar tərəfindən idxal edilib, bu, güclənən velikorus şovinizminə, zorla assimilyasiya – ruslaşdırma və xristianlaşdırma, deportasiya siyasətinə qarşı verilən əksül-əməl idi, bu ziyalılar “slavyanskoye bratstvo” ifadəsinə oxşar “türk qardaşılığı” ifadəsi işlətməyə başlamış, panslavizmə qarşılıq pantürkizm ideologiyası yaratmışdılar.

İlk vaxtlar ekzistensial - var oluş mübarizəsinin simvollaşdıran bir ideya idi. Kimsə bir gün bu ideyanın gerçəkliyə bunca yaxın olacağını xəyal edə bilməzdi.

Azərbaycan sadəcə ideyanı yaradıb ixrac etmədi, onun çin olması üçün ciddi uğurlara da imza atdı. Müstəqillik uğrunda ilk şəhidlərimiz veriləndə “onlar şiə, bizi sünni” reaksiyası olmuşdu, orta asiyalı bir- iki ziyalının reaksiyası istisna edilməklə, istiqlal davamızı apararkən də, Qarabağ uğrunda savaşımızın ilik mərhləsində meydanda təkdik. O qədər təklənmişdik ki, bizdə Xocalı soyqırımını yarası istiykən Orta Asiya türk respublikalarından birinin prezidenti İrəvanda erməni soyqırımı abidəsinə gül qoyurdu; Qarabağdakı azərbaycanlı abidələrinin “fars mədəni irsi” altında bərpasına dəstək verənlər arasında ortaasiyalı irqdaşlarımız da tapılırdı.Ermənistandakı müsəlman- azərbaycanlı abidələrinin özgələşdirlməsi təşəbbüslərinə İran qədər dəstək verən, “türkmenlerinkidir” deyən də tapılırdı; oralardakı xristian türk abidələrinə “қазақтардікі” deyənlər də.



Amma Azərbaycan bu ideala inandı, bir gün Turanın Qərbdən Şərqə, Şimaldan Cənuba körpü ola biləcəyinə, dünyanı bir-birinə bağlayan, böyük iqtisadi və mədəni inteqrasiya məkanı ola biləcəyinə inandı. Əli bəy Hüseynzadə “türkləşmə, islamlaşma, çağdaşlaşma” zərurətindən bəhs edəndə də, Səməd Ağamalıoğlunun rəhbərliyi altında “yanalif” - türk xaqlarının yeni ortaq əlifbası hazırlananda da buna inanmışdıq, 1990-cı illərdə yeni ortaq əlifba kimi latın hürufatını bərpa edəndə də.

Əvvəl bunlar sadəcə bir az siyasi romantika təsiri bağışlayırdı. Sonra Azərbaycanın təşəbbüsü ilə Türksoy, Türk PA yarandı. Güc strukturlarının ilk ortaq məşvərətləşmələri keçirildi. Azərbaycanın mədəni layihələri Turanın ideoloji bazasını yaratdığı kimi, iqtisadi təşəbbüsləri də Turanın iqtisadi altqurumunu, zəminini hazırlayırdı. Bakı- Tblisi -Ceyhan, Bakı- Tbilisi- Qarsa bu gün sadəcə Azərbayacnla Türkiyəni deyil, həm də Azərbaycan üzərindən Türkiyə və Orta Asiyanı bir-birinə bağlayır. Həm Türkiyənin, həm Qazaxıstanın liman şəhərlərinə böyük azəri kapitalı yatırlıdı, Ələt limanı gələcək transxəzər layihələri üçün hazır vəziyyətə gətirildi. Son iki il ərzində Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri baş tutub. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.

Bu gün Macarıstanın bu qurumda müşahidəçi qismində təmsil olunması belə məhz Azərbaycanın səyləri nətcəsində mümkün olub. İndi Macarıstan sadəcə müşahidəçi üzv deyil, həm də Turanla Avropa arasında əlaqələndirici, oralarda bizim haqq səsimizi çatıdran dost ölkə , bəzən də haqsızlıqlara qarşı hun sipərimizdir.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqlədi.



Statistika - Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək artırılması hədəflənir. 2022-ci ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 7 milyard 170 milyon dollar təşkil edib. 2023-cü ilin yanvar-iyul aylarında isə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666 milyon dollara çatıb və bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 40 faiz artım deməkdir. Həmin dövrdə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 40,5 faiz, Qazaxıstanla 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb.

Hələ pespektivdə görüləcək çox işlər var. Yolun başlanğıcında təkdik, qardaşlarımıza faydalı olanları bəzən izah etməyə belə çətinlik çəkirdik. İndi Azərbaycanın açdığı yol, böyük iqdisadi dəhlizə, Şərqi Qərbə, Cənubu Şimla bağlayan böyük məkana çevrilir.Və Azərbaycan tək deyil, bu yolun, bu məkanın gərkliyini anlayan bizimlə yürüyən 6 qardaş dövlət də var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin “Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çox mühüm bir mesaj verdi: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.

Yola davam....

Cəmaləddin Quliyev


Xəbər 1285 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +