Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


31.10.2023  03:34 

Fransanın Ermənistana silah verməsinin səbəbi Cənubi Qafqazı müharibə ocağına çevirməkdir





A+  A-

Xankəndidən Ermənistanı silahlandıran Parisə mesaj: Cənubi Qafqazdan əlinizi çəkin!

Xəzərnews.az xəbər verir ki, Fransanın Ermənistana silah verməsinin əsas səbəbi rəsmi Parisin Cənubi Qafqazı yenidən müharibə ocağına çevirməkdir. Ermənistanı Rusiyanın idarəçiliyindən, forpostluğundan «xilas etmək» yarışına girən Qərb dövlətləri arasında finişə daha tez çatmağa çalışan rəsmi Paris aktivliyini daha da artırır.

ABŞ-dan sonra Fransanın da « mülki təhlükəsizliyin qorunması» bəhanəsi, təlim-məşq adı ilə hərbçilərini Ermənistana göndərməsinin başqa açıqlaması yoxdur. Anti-Rusiya siyasətlərini hər məqamda büruzə verən, hətta rəsmi İrəvanın Rusiyanın layihəsi olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün əlllərindən gələni edən Qərb bütün vasitələrə əl atır. KTMT təlimlərindən nümayişkaranə imtina edən Ermənistan artıq seçimini edib. KTMT, MDB, Avrasiya İqtisadi İttifaqı (Aİİ) kimi təşkilatlarla əməkdaşlığı «soyudan» rəsmi İrəvan «şimal küləyi»ni Qərbdən əsən mehlə əvəzləyir. Bu qurumların da Rusiyanın himayəsi ilə qurulduğu hər kəsə bəllidir. Artıq Rusiya ilə Ermənistan arasındakı hərbi əməkdaşlığa son verilməsi gündəmdədir. Rusiyanın Ermənistanda illərdən bəri yerləşən, işğalçı ölkənin sərhədlərini qoruyan 102-ci bazasının çıxarılması kimi vasitələrdən istifadə olunur.

Amma Ermənistanla Rusiyanın 50 il müddətinə imzaladıqları hərbi əməkdaşlıq barədəki sazişin pozulması nəticəsində yaranacaq mənzərəni fikirləşən yoxdur. Yüz illərlə əsarət altında saxladığı Afrika ölkələrindən biabırcasına qovulan Fransa Ermənistanda yerləşməkdə israrlıdır. Rəsmi Parisin Ermənistanı ən müasir silahlarla təchiz etməsi də bundan xəbər verir. Başqa sözlə deyilsə Fransa Prezidenti Emmanuel Makronun hədəfi Cənubi Qafqazda gərginliyi gücləndirməkdir. Fransada yaşayan erməni diasporunun idarə etdiyi Makronun göstərişi ilə Ermənistana səfər edən Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda olarkən Hayastanla hərbi saziş imzalamağa hazır olduğunu bəyanatında səsələndirdiyi «İmzalanacaq sənəd İrəvana imkan verəcək ki, özünü müdafiə etmək üçün hərbi avadanlıq əldə etsin» sözləri ilə də təsdiqləmişdi. Fransanın «dəyişən strategiyası»ndan ən çox zərər çəkənin Ermənistan olacağı şübhəsizdir.

Hindistanın Ermənistanla ötən il 250 milyon dollarlıq silah sazişi imzaladığını da nəzərə alsaq o zaman Ermənistanı el dili ilə deyilsə «barıt çəlləyi» adlandırmaq olar. Lakin Fransanın Afrikada apardığı siyasətini Cənubi Qafqazda həyata keçirmək imkanı məhduddur.

Məğlub Ermənistanı silahlandırıb növbəti müharibəyə sövq edən, xəyalpərəst daşnakları illərdən bəri formalaşdırmaq istədikləri «mif»lərini fransızsayağı gerçəkləşdirməyə şirnikləndirən Fransanın xarici işlər naziri Ketrin Kolonnanın sosial şəbəkəsində Ağrı dağının şəklini paylaşmasının əsasında da iyrənc niyyət dayanır. Ağrı dağını Ararat adlandıran ermənilərin mifoloji xəstəliklərini oyatmağa xidmət edən bu kimi «təşəbbüslər»ə çoxdan son qoyulub.

İkinci Qarabağ müharibəsində, Azərbaycanın erməni separatizminə qarşı apardığı lokal antiterror tədbirləri zamanı məğlub olan erməni revanşistlərinə «ərazi iddiaları» ilə bağlı vəd verən, yeni müharibəyə ruhlandıran Fransa Afrikada həyata keçirdiyi 200 illik müstəmləkəçilik siyasətlərini Ermənistanda davam etdirmək istəyir. Ötən aylarda Laçın sərhəd-keçid məntəqəsindən Azərbaycanın Qarabağ iqtisadi rayonunun o vaxtlar erməni separatçı-xunta rejiminin nəzarətində olan hissəsinə «humanitar yardım» adı altında hərbi sursat aparmağa çalışan yük maşınlarının yan-yana düzülməsini qəzəblə, ürək ağrısı ilə izləyən Makronun Fransanın İrəvandakı səfirliyinə hərbi attaşe təyin etmək, Zəngəzurda (Sünikdə) konsulluq açmaq, hətta Ermənistanla hərbi əməkdaşlıqlarını gücləndirəcəyi ilə bağlı sərsəmləmələri daldan atılan daş məsəlinin fransızsayaq açıqlamasıdır. 30 ilə yaxın müxtəlif adlar, bəhanələrlə artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ respublikası»nın müstəqilliyi naminə ayı kimi min oyundan çıxan Fransanın hadisələrə müdaxilə etmək, insanların taleyi üzərindən geosiyasi oyunlar qurmaq niyyətləri iflasa uğradı..

Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqları özlərinin məhvi sayan, qəbul etməyən Ermənistanın da, Fransanın da utopiyaya əsaslanan əməkdaşlıqları elə erməni mifləri kimi göyə sovrulur.

Ermənistanın «müqəddəs sərhədlərinin» qorunmasını ümdə vazifəsi hesab edən, daşnak təfəkkürlü Makronun neokolonializm siyasətini davam etdirməklə dünyada güc sahibi olmaq hikkəsinin sonu çatıb.

Bu gün Fransanın hərbi paltarlar geyinmiş «müsyö jordanlar»ının Azərbaycanda «ot toplamaq» imkanları da tükənib.

Çünki can-ciyərləri, 30 ildə Azərbaycana qarşı ekoloji terrorlar törədən ermənilərin vəhşiliyi sahəsində fauna və florası dağıdılan ölkəmizin o bölgələrində qiymətli ot-ələf qalmayıb.

Təbii ki, bölgədə daimi sülhün yaranması üçün Azərbaycanın dəstəklənən sülh siyasətinin əksinə olaraq Ermənistanı yeni müharbəyə şirnikləndirən Fransanın Cənubi Qafqazda hegemonluq niyyəti baş tutan deyil. Qlobal və regional geosiyasi proseslərin kifayət qədər mürəkkəb hadisələrlə dolu olduğu zamanda Fransanın bölgəyə müdaxilə etməsi, hərbi missiya yaratmaq istəyi Ermənistan üçün intihardan başqa bir şey deyildir.

Fransa siyasi, iqtisadi, diplomatik siyasəti beynəlxalq səviyyədə dəstəklənən Azərbaycanla müqayisə ediləcək imkanda, gücdə deyildir. Makronizmin dağıdıcı, qaniçən əməllərini üstələyən qüdrətili Azərbaycanın sülhə dəstək siyasəti daha inandırıcı, real və humanistdir.

Fransanın mədəniyyət nazirinin bu günlərdə Ermənistana səfəri də müəmmalıdır. İki ölkə arasındakı hərbi əməkdaşlığın mədəniyyət, humanitar sahəyə transferi şübhəli olsa da yenə də torbadakı pişiyin səsi eşidilir. Çünki fransalı nazir Ermənistana anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni lobbisinin sözçüsü kimi fəaliyyət göstərən fransız parlamentar, Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann Lorans Petel ilə eyni təyyarədə gəlib.

Yəni, erməni lobbisi faktiki olaraq naziri özü ilə gətirir və nazir məhz ona verilən məlumat və tezislər əsasında işini qurur. Bu səfər Fransanın pambıqla baş kəsmək şəkərinin Ermənistan variantıdır.

Ortaya maraqlı suallar çıxır. Bu səfərin məqsəd və məramı nədir? Fransalı nazir ölkəsinin Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığı ölkələrlə bağlı faktların da UNESCO, AŞPA tərəfindən araşdırılmasını niyə təşviq etmir? Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç niyə bu ölkələrdə Fransanın etnik və dini zorakılıqlarını araşdırmır? Korsikaya faktaraşdırıcı missiya niyə göndərilmir? Ədaləti əks etdirəcək cavablar Azərbaycan üçün də maraqlı olar.

Yəni, Qərbin, erməni havadarlarının Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl atmaları, əsassız bəhanələrlə ölkəmizi ittiham etmələri qısqanclıqdan başqa bir şey deyil. «Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, hələ də neokolonializm ruhu ilə yaşayan Emmanuel Makronun siyasətinə artan beynəlxalq ictimai nifrətdən pay düşən ölkə Ermənistandır.

İkinci Qarabağ müharibəsindən sonra da Ermənistanı yeni müharibəyə təhrik edən, silahlandıran, ölkəmizə qarşı təxribatlarını davam etdirən rəsmi Parisin XXI əsrdə kolonial siyasətini Cənubi Qaqazda davam etdirmək niyyəti ən azından tarixin ironiyasıdır.

Çünki kolonializm tarixində törədilən ən dəhşətli qırğınların müəllifi Fransadan fərqli olaraq Azərbaycanın multikultural dəyərlərə sadiqliyi, beynəlxalq səviyyədə həyata keçirdiyi humanitar siyasət beynəlxalq hüquqa hörməti bütün dünya dövlətləri tərəfindən dəstəklənir. Yəni, Fransa od olsa yalnız özünü yandıra bilər. Prezident İlham Əliyevin «Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar!» sözləri Xankəndidən Parisə ünvanlanan mesajdır.

Xəbər 522 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +