Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


27.10.2023  13:09 

Qəzzada quru əməliyyatı planını təsdiqləməkdən imtina edib..-Netanyahu





A+  A-

İsrailin baş naziri Benyamin Netanyahu Müdafiə Qüvvələrinin hazırladığı Qəzzada quru əməliyyatı planını təsdiqləməkdən imtina edib.

Xəzərnews.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazirin imtinası yüksək rütbəli zabitlərin qəzəbinə səbəb olub.

Netanyahu qərarını fövqəladə hökumət üzvlərinin quru əməliyyatını yekdilliklə təsdiqləməsini istəməsi ilə əsaslandırıb.

Qeyd edək ki, bundan əvvəl İsrailin ABŞ-dən raketdən müdafiə sistemi aldıqdan sonra Qəzzada quru əməliyyatına başlamağı planlaşdırdığı qeyd edilirdi. “Axios” nəşri isə mənbələrinə istinadla İsrail Baş naziri Benyamin Netanyahunun ordunun planlarına şübhəylə yanaşdığı üçün Qəzza zolağında quru əməliyyatının başlanmasını təxirə salmaq istədiyini yazmışdı.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbər 2669 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +