Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


27.10.2023  00:13 

İran hərbi təlimlər keçirəcək





A+  A-

İran yaxın günlərdə quru qoşunlarının müxtəlif bölmələrinin iştirakı ilə hərbi təlimlər keçirəcək.

Xəzərnews.az xəbər verir ki, “İqtidar 1402” təlimi ölkənin mərkəzi bölgəsində yerləşən İsfahan əyalətində keçiriləcək. Manevrlərdə İslam Respublikası Silahlı Qüvvələrinin artilleriya, zireh-tank və hava-desant bölmələri iştirak edəcək.

İslam Respublikasının hakimiyyət orqanları hələlik bu məlumatı şərh etməyiblər. Təlimlərdə hansı silahlardan istifadə ediləcəyi barədə məlumat verilmir.

Xatırladaq ki, avqust ayında İran Fars körfəzində İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) tərkibində dəniz təlimləri keçirib. Təlim keçirilən bölgələrdə 120 km və 300 km mənzilli “Fath” ballistik və “Qadir” qanadlı raketlərindən, həmçinin pilotsuz gəmilərdən, pilotsuz uçuş aparatlarından istifadə edildiyi bildirilir./Oxu.az

Xəbər 2543 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +