Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.10.2023  20:33 

Robert Fiko Ukraynaya yardım etməyəcəyini bildirib





A+  A-

Üçüncü dəfə Slovakiyanın Baş naziri seçilən Robert Fiko ölkəsinin Ukraynaya heç bir hərbi yardım etməyəcəyini açıqlayıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə o, Slovakiya parlamentinin üzvləri ilə görüşdə bildirib.

“Lakin biz Ukraynaya humanitar və mülki yardımı dəstəkləyirik. bu mənim hökumətimin rəsmi siyasəti olacaq”, – deyə Fiko bildirib.

Nüfuzlu “Politico” nəşri bununla bağlı daha əvvəl bildirmişdi ki, Slovakiya rəhbəri 2009-cu ildə Kiyevdə ona qarşı olan soyuq münasibətdən inciyib. Nəşr yazır ki, Slovakiya hökumət eşelonlarının anti-Ukrayna mövqeyi məhz bununla izah edilir.

Xatırladaq ki, Ukraynaya səfəri zamanı Slovakiya nümayəndə heyəti ovaxtkı Baş nazir Yuliya Timoşenko ilə görüş üçün üç saat gözləməli olub. Bundan sonra o, Fikonu “rusiyapərəst mövqeyinə” görə kameralar qarşısında danlamışdı.


Xəbər 2485 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +