Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT
“PulPal” “Mpay”də qanun pozuntuları aşkarlanıb
Təhsil Tələbə Kreditini almaq niyə əlçatmaz olub?
Daha bir məktəb direktorunun səs yazısı yayıldı
Nazirlik Mehdiyevlərin şirkətilə 288 min manatlıq müqavilə imzaladı
Qubada həll olunmayan yol problemi
Kəlbəcərdə yaralanan jurnalist məhkəmədə ifadə verdi
“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?


10.10.2023  16:49 

İsrail -Həmas müharibəsi: Zəngəzur dəhlizinin perspektivini niyə artırır?





A+  A-

İsrail -Həmas müharibəsi Zəngəzur dəhlizinin perspektivini artırdı.

Prezident İlham Əliyev qeyd edib ki, İran vasitəsilə Naxçıvana dəmiryol və avtomobil yolunun çəkilməsi ilə razılıq əldə olunub. Amma, bir çoxları deyirdilər Azərbaycan Rusiyaya görə Zəngəzur dəhlizini silahlı yolla açacaq?!

Ermənistan "Zəngəzur" dəhlizinin açılmasında maraqlı deyilsə, heç Azərbaycanda maraqlı deyil. Ermənistan növbəti dəfə regional layihələrdən kənar qalır. Göründüyü kimi, İran öz maraqları konteksində Ermənistanı kənara atdı. Halbuki Ermənistan siyasi iradə ortaya qoyub, dəhlizin açılmasına gedə bilərdi. Sadəcə, Azərbaycana qarşı pataloji nifrətləri bunun qarşısını aldi. Bununla da ermənilərin dövlət şüuru olmadığı bir daha sübut olundu. Azərbaycan da məhz İranla son dövrlərdə yaşanan ciddi böhrana görə İran ərazisindən bu dəhlizə getməyə bilərdi. Amma, Azərbaycan dövlətinin strateji hədəfi və dövlət maraqları bunun reallaşmasını labüd edirdi.

Demək olar ki, Rusiya da, İranda Ermənistani sahədə tək buraxdı.ABŞ ümumiyyətlə, Zəngəzur dəhlizinin əleyhinə olub. İstər, Ermənistandan keçsin, istərsə də İrandan.

Çünki, Çinin "Bir qurşaq, Bir yol" ipək yolunun əsas seqmenti olaraq Avropa ilə Asiyanın əsas quru arteriyası olacaq. Ona görə də ABŞ orta dəhlizə isti baxmır. Vaşinqton məhz "Baharat" dəhlizini ortaya atmaqla Hindistan-Səudiyyə Ərəbistanı və İsrail üzərindən yeni dəhliz memarandumu imzalamışdır.

İsraildə baş verən müharibə Səudiyyə Ərəbistan -İsrail əlaqələrinin yenidən pozulması, bu dəhlizin perspektivinin üstündən xətt çəkdi. Gözlər yenidən "Zəngəzur" dəhlizində olacaq. Bu dəhlizdən Hindistanda istifadə edəcək. Nəticədə Hindistanın Ermənistana destəyi zəifləyəcək. Azərbaycan bununla da nəzərdə tutulan Hindistan, İran və Ermənistan -Şimal dəhlizinin üstündən xətt çəkdi. Artıq Azərbaycan Ermənistanı hər iki dəhlizdən məhrum etdi. Ermənistan növbəti dəfə sinifdə qaldı.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini


Xəbər 5100 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.07.2025  17:47 

Füzulidə ağır qəza baş verib

31.07.2025  15:58 

Sabiq prokuror vəfat etdi

31.07.2025  14:44 

Bu ərazilərdə işıq kəsiləcək

31.07.2025  14:33 

Qubada həll olunmayan yol problemi

31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +