Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


31.07.2025  16:19 

Ata körpə uşağının həyatını təhlükəyə atdı





A+  A-

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə və qəyyumlara çağırış edib.

XəzərNews.az xəbər verir ki, BDYPİ-dən Bizim.Media-ya verilən məlumata görə, müraciətdə deyilir:

"Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır. Təəssüf ki, bəzən valideynlər, xüsusilə də velosiped, moped və ya motosikletlə hərəkət edən şəxslər təhlükənin fərqində olmadan, azyaşlı övladlarını bu nəqliyyat vasitələrinin arxasında və ya əlavə oturacaq hissəsində daşımaqla onların həyatını ciddi təhlükə altına atırlar.Unutmaq olmaz ki, azyaşlıların bədən quruluşu və refleksləri qəfil vəziyyətlərə qarşı müdafiəsizdir və yüngül sayılan bir zərbə belə ciddi xəsarətlərlə nəticələnə bilər.

Şübhəsiz ki, heç bir valideyn övladına zərər vermək istəmir – əksinə, onu çox sevir, qoruyur. Lakin bəzən edilən hərəkət – yəni təhlükə ehtimalı olan şəraitdə uşağı velosiped və ya motosikletlə aparmaq – bu sevginin əksi olan bir davranış kimi qiymətləndirilə bilər. Təhlükədən xəbərsiz körpə valideyninin məsuliyyətsizliyi ucbatından həyatını itirə və ya ömürlük iz buraxan xəsarətlərlə üzləşə bilər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün valideynlərə və qəyyumlara çağırış edir:

“Heç bir səbəb – tələsiklik, məsafənin yaxın olması və ya şəxsi rahatlıq – uşaqların həyatını təhlükəyə atmağa haqq qazandırmır. Qaydalara əməl etməklə faciədən yayınmaq mümkündür.
Unutmayın: sonrakı peşmançılıq – nə təhlükəni aradan qaldırır, nə də əzizlərinizi geri qaytarır!".



Xəbər 704 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +