“Qanuni oğrular“ın rəhbəri Şamil Əmirov saxlanıldı
Daha bir dövlət qurumu bahalı avtomobillər alır
Musavat növbədənkənar qurultaya gedir
Bu dərman təhlükəlidir... - Rəsmi
Neftin qiymətindən nə xəbər?
86 sürücü saxlanılıb - Səbəb?
Prezident Tatar “3-cü Qadınlar Biznes Sammiti”ndə iştirak edib
Qubad İbadoğlunun səhhətindəki problemlər ağırlaşıb
10 ayda Azərbaycana 100 milyon dollar gətirdi
Poroşenkoya Ukraynanı tərk etmək qadağandır


29.09.2023  11:14 

Qarabağa beynəlxalq müşahidə missiyası nə zaman gəlir?





A+  A-

ABŞ Qarabağa beynəlxalq müşahidə missiyasının göndərilməsi məsələsini vacib hesab edir və buna kifayət qədər ciddi yanaşır.

Xəzərnews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.

“Biz beynəlxalq missiya məsələsinə kifayət qədər ciddi yanaşırıq. Biz hesab edirik ki, beynəlxalq missiya çox vacibdir, çünki o, humanitar yardıma və regionda humanitar ehtiyaclarla bağlı bütün digər məsələlərə aiddir. Biz beynəlxalq missiyaya o qədər ciddi yanaşırıq ki, dövlət katibi prezident Əliyevlə telefon danışığında bu məsələni müzakirə etdi. Yəqin görmüsünüz ki, Azərbaycan hökuməti beynəlxalq missiyanın istiqamətini dəstəklədiyini bəyan etdi”, - deyə Miller bildirib.

O, təsdiqləyib ki, Vaşinqton bu məqsədə nail olmaq üçün ən yaxşı mexanizmi müəyyən etmək üçün müttəfiqləri və tərəfdaşları ilə işləyir.

"Biz şəffaflığın təmin edilməsinin və humanitar ehtiyacların yerlərdə ödənilməsini təmin etməyin vacib olduğuna inanırıq" - deyə Miller əlavə edib.

Missiyanın vaxtı, tərkibi və fəaliyyət formatının hələ də müzakirə olunduğundan Miller ABŞ-ın bu məsələ ilə bağlı hansı ölkələrlə işləməyi planlaşdırdığı barədə təfərrüatları açıqlamayıb.

Xəbər 2518 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.12.2023  01:52 

Dua Lipa sevgilisindən ayrılıb

03.12.2023  19:07 

Bakıda yol qəzası baş verib

03.12.2023  02:13 

Bakıda evdə yanğın baş verib

03.12.2023  02:00 

Yalçın Əlizadə vəfat edib

02.12.2023  20:38 

Filippində zəlzələ baş verib

02.12.2023  12:02 

Neftin qiymətindən nə xəbər?

02.12.2023  11:05 

86 sürücü saxlanılıb - Səbəb?


BÜTÜN XƏBƏRLƏR +