Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Araik Arutyunyan belə saxlanılıb
İran sərhəddə öz müşahidəçilərini göndərir?
Məktəb qarşısında narkotika satan saxlanıldı
Şahramanyanın da həbs edildiyi bildirilir
Yeni dələduzluq forması yayılıb... - Azərbaycanda
Sumqayıtda bıçaqlanma: Saxlanılan var
Xoşbəxt Yusifzadə vəfat etdi
“Onların iddiaları sülhə xidmət etmir“ - XİN sözçüsü
Şagirdlərə narkotik maddə satılıb


15.09.2023  11:46 

Prezident onlara müraciət etdi





A+  A-

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.

XəzərNews.az xəbər verir ki, müraciətin mətnində deyilir:

“Hörmətli tədbir iştirakçıları!

Sizi Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının Bakı şəhərində keçirilən 33-cü iclasında səmimiyyətlə salamlayıram.

Azərbaycan MDB-nin fəal üzvü olmaqla bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin artırılmasını vacib hesab edir. MDB çərçivəsində təhlükəsizliyin və sabitliyin qorunması, əməkdaşlığın daha da gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Hörmətli qonaqlar, qanunun aliliyi, insan hüquq və azadlıqlarının müdafiəsi hər bir hüquqi dövlətin ali məqsədini təşkil edir. Bu baxımdan, prokurorluq orqanlarının qanunçuluğun və hüquq qaydasının təmin edilməsində və möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə müstəsna rolu vardır.
Transmilli mütəşəkkil cinayətkarlıq hər bir dövlətin sosial, iqtisadi və siyasi sabitliyi üçün ciddi təhlükədir. Müasir dünyada qlobal və regional təhlükələrin artdığı bir zamanda MDB iştirakçı dövlətlərinin prokurorlarının qarşısında yeni və mürəkkəb çağırışlar durur. Bu təhdidlər beynəlxalq hüquq mühafizə potensialının artırılmasını, qanunsuz şəbəkələrin zərərsizləşdirilməsi üçün birgə fəaliyyət göstərməyi, ənənəvi və yeni, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və digər cinayət növlərinin qarşısının alınmasını tələb edir.

Əminəm ki, birgə səyləriniz dövrümüzün neqativ cərəyanlarına vaxtında reaksiya verməyə, dövlətlərimizin və vətəndaşlarımızın etibarlı müdafiəsini təmin etməyə imkan verəcək.

Hesab edirəm ki, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı qorunmasına, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə təkan verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, iclasın işinə uğurlar diləyirəm”.

Xəbər 516 dəfə oxunub.




04.10.2023  11:48 

Samuxda intihar hadisəsi baş verib

03.10.2023  23:17 

Xoşbəxt Yusifzadə vəfat etdi

03.10.2023  23:02 

Şükür... - Zalım qandallandı


BÜTÜN XƏBƏRLƏR +