Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


08.09.2023  11:13 

“Ermənistan- Rusiya“ gərginliyi: Danışılmış döyüş?





A+  A-

"Ermənistan- Rusiya "gərginliyinə" inanmıram, danışılmış döyüşə oxşayır, Paşinyan "Qərbmeyilli" olsa da axmaq deyil, ölkəsinin Rusiyadan asılılıq səviyyəsini, Moskvanın ata biləcəyi addımları yaxşı bilir - söhbət Ermənistan parlamentini gülləbaran edən-etdirən, ərazisində hərbi bazası olan, bütün güc strukturlarına, iqtisadiyyatına nəzarət edən ölkədən gedir".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı Natiq Cəfərli çıxış edib.

N.Cəfərli fikrini belə əsaslandırıb:

- Mənə elə gəlir ki, Rusiya bilərəkdən Qərbdə Paşinsayının "siyasi səhmlərinin" qiymətini qaldırır - fikrimi izah etməyə, arqumentləşdirməyə çalışacam, müzakirə edək:

- Rusiyanın Ukraynaya təcavüzü başlayan kimi Qərb Kremlə qarşı sanksiyalar elan etdi, sonra, demək olar ki, hər ay sanksiyaları sərtləşdirdi. Rusiya qadağalardan yan keçmək üçün həmən öz nəzarətində olan Avrasiya və Gömrük İttifaqı ölkələrindən istifadə etməyə başladı. Ermənistana özəl yer ayrıldı - bu ölkə Rusiyaya çox lazım olan yarımkeçiriciləri Qərbdən alıb Rusiyaya göndərməyə başladı.

2021-ci ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2,6 mlrd. dollar olub, Ermənistanın Rusiyaya ixracı cəmi 710 mln. dollar idi.

2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2 dəfə (!!!) artaraq 5 mlrd. dollar təşkil etdi, Ermənistanın Rusiyaya ixracı 3 mlrd. dollara yaxın oldu, yəni, 1 ildə ixrac 700 mln.-dan 3 mlrd.-a qaldı - bu orqanik, təbii artım deyil.

2023-cü ilin ilk 7 ayında bu ölkələrin ticarət dövriyyəsi 3,7 mlrd. olub, bunun 2,1 mlrd. Ermənistanın Rusiyaya ixracıdır. İlin sonuna dövriyyə 5,9 mlrd., İrəvanın Moskvaya ixracı isə 4 mlrd. dollara çatacaq - aydın götünür ki, Kreml Ermənistandan çox gözəl istifadə edir, ən çox da məhz "ikili təyinatlı" malları Ermənistan vasitəsi ilə əldə edir.

Son 2 ildə Rusiya Ermənistanda qeydiyyatdan keçmiş "Milur Electronics" şirkəti və filialları vasitəsi ilə Qərbdən 3 mlrd. dollarlıq yarımkeçiricilər alıb - ticarət dövriyyəsinin Ermənistanın Rusiyaya ixracının kəskin artması məhz bu faktorla bağlıdır.

Yarımkeçiricilər isə raket, dron deməkdir - yəni, Kreml üçün çox vacib məsələdir.

Qərb artıq Ermənistana qarşı bəzi sanksiyalar tədbiq etmişdi, amma daha böyük sanksiyalara hazırlıq gedirdi - nə hikmətdirsə, bu məqamda Rusiya-Ermənistan münasibətləri "korlandı", Zaxarova və başqaları sürətlə Paşinyanı söyüb, Qərbpərəst olduğunu deyib Qərbdə onu "səhmlərini bahalaşdırmağa" başladı, Ermənistan ilk dəfə Ukraynaya humanitar yardım göndərdi, Paşinyanın həyat yoldaşı Kiyevə gedib çıxış etdi, Zelenski ilə görüşdü, Ermənistanın NATO ilə birgə təlimi xəbəri yayıldı, hələ bir Ermənistanı NATO-ya dəvət etmək məsələsi gündəmə gəldi. Bu vəziyyətdə Rusiya ilə "döyüşən" Paşinyan komandasına sanksiya qoymaq olmaz axı, elə deyil?!

Bu danışılmış döyüşdən Rusiya udurmu - udur, Paşinyan udurmu - bəli, udur, Qərbdə hörməti qalxır, Rusiyaya "ixracdan" isə iqtisadiyyatı və əhalisi pul qazanıb Nikolu daha çox dəstəkləyir. Qərb udurmu - o da udur, həm malını satır, həm də Ermənistanı dəstəkləmək üçün əlavə şərtlər yaranır.

Uduzan Ukrayna və Azərbaycandır - indi hər iki ölkənin bu məsələdə birgə davranmaq vaxtıdır. Rəsmi Bakı bu günə qədər Ukraynaya dəstək olub-olur, onmilyonlarla dollarlıq yardım göndərib, indi Kiyevin dünya siyasi elitasına təsirlərini işə salaraq Ermənistanın Rusiyaya təmin etdiyi yarımkeçiricilərin dron, raket olub Ukraynaya yağdığını izah etmək, sanksiyalar tələb etmək vaxtıdır.

İrəvanda hamı, Paşinyan belə Rusiyasız heç bir addım atmır - bu bizdəki tenderlərə bənzəyir: Bizdə məmurlara bağlı 5 şirkət tenderə girir, hansısa qalib olur, amma həmişə udan məmurdur. Ermənistanda da elədir - hamısı Rusiyaya bağlı siyasi qruplar mübarizə aparır, udan isə həmişə Kremldir...


Xəbər 1716 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +