İran sərhəddə öz müşahidəçilərini göndərir?
Məktəb qarşısında narkotika satan saxlanıldı
Şahramanyanın da həbs edildiyi bildirilir
Yeni dələduzluq forması yayılıb... - Azərbaycanda
Sumqayıtda bıçaqlanma: Saxlanılan var
Xoşbəxt Yusifzadə vəfat etdi
“Onların iddiaları sülhə xidmət etmir“ - XİN sözçüsü
Şagirdlərə narkotik maddə satılıb
Qubad İbadoğlu hərəkət etməkdə çətinlik çəkir
Hərbi xidmətlə bağlı yeni qərar verildi


06.09.2023  12:09 

Nikol Paşinyanın yeni “siyasi ssenari“si Cənubi Qafqaza nə vəd edir?





A+  A-

Ermənistan regionda yeni "siyasi mərhələyə" başlayır. Bu, Nikol Paşinyanın sonu ola bilər.

Ermənistan Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda yeni bir "siyasi ssenari" ortaya qoyub. Bu ssenari, Parisdə hazırlanıb və məqsəd regionda Fransanın domenantlığı altında, yeni bir siyasi nizama sahib olmaqdır.

N.Paşinyan İtaliya mətbuatına verdiyi müsahibədə anti-Rusiya mövqeyini ortaya qoyaraq, regiondan Rusiyanın çıxacağı mesajını verdi. Erməni baş naziri Qərbi regiona gətirməklə, bir neçə siyasi məqsədlərə nail olmağı planlaşdırır.

Birincisi, Azərbaycana qarşı yeni bir təzyiq formalaşdıraraq, Lacin yolunu tam açmaq. Həmçinin Qarabağda separatizmi inkişaf etdirilməsi.

İkincisi, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq.

Üçüncüsü, Türkiyənin artan geosiyasi mövqeyinin qarşısını almaq.

N.Paşinyan Qərbin regionda "etibarlı" müttəfiqi roluna girib və geosiyasi nizamı dəyişməyə çalışır. Ona görə də 2 sentyabrda verdiyi açıqlamada Qarabağda ermənilərin təhlükəsizliyi təmin edilməsə, Qarabağın Azərbaycan daxilində ərazi vahidliyini qəbul edilməyəcəyi mesajını verdi.

Bu, N. Paşinyanın artıq yeni bir siyasi "mərhələyə" başlanmasının göstərir.

Məhz İran vasitəsilə silahların Ermənistana daşınması, Fransanın da birbaşa siyasi-hərbi dəstəyi N.Paşinyanın ikinci Qarabağ müharibəsindən sonra formalaşmış nizami pozmağa çalışdığını göstərir.

Türkiyə də cənub sərhədlərində Ermənistanın yeni təxribatçı siyasi hərbi planından xəbərdardır.

Fransanın və İranın Ermənistanın əli ilə yaratmaq istədiyi yeni nizam Ermənistan üçün ağır nəticələri olacaq. Yeni hərbi məğlubiyyət fonunda erməni xalqı məğlubiyyəti N.Paşinyanı bağışlamayacaq. N.Paşinyanı devirib həbsxanaya göndərəcəklər, ya da Respublika meydanında edam edəcəklər. Ermənistan əhalisi sülh üçün N.Paşinyana səs verdi, yeni geosiyasi planlara alət olmaq üçün deyil.

N. Paşinyan təhlükəli sularda üzür və bu, su onu batıracaq.

Məhəmməd Əsədullazadə
Milli Cəbhə Partiyası sədrinin müavini


Xəbər 589 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.10.2023  11:48 

Samuxda intihar hadisəsi baş verib

03.10.2023  23:17 

Xoşbəxt Yusifzadə vəfat etdi

03.10.2023  23:02 

Şükür... - Zalım qandallandı


BÜTÜN XƏBƏRLƏR +