Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


05.09.2023  16:50 

Sabiq deputat axtarışa verilib - Foto





A+  A-

Ukraynanın qadağan olunmuş “Müxalifət Platforması - Ömürlük” partiyasından olan keçmiş xalq deputatı Vadim Rabinoviç axtarışa verilib.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasında dərc olunub.

Məlumatda sabiq deputat ibtidai istintaq orqanlarından gizlənən şəxs kimi göstərilir.

İyulun 26-da Ukrayna Dövlət İstintaq Bürosu Rabinoviçə dövlətə xəyanətdə (Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi) şübhəsi ilə bağlı məlumat verib. Hüquq-mühafizə orqanları onunla bağlı İsrailə beynəlxalq hüquqi yardım üçün sorğu göndəriblər.

Avqustun 1-də Kiyevin Peçerski rayon Məhkəməsi Dövlət İstintaq Bürosunun vəsatətini təmin edib və sabiq xalq deputatı ilə bağlı qiyabi həbs-qətimkan tədbiri seçilib.



Xəbər 2653 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +