Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


31.08.2023  15:50 

Bir qrup QHT Sərsəng su anbarı ilə bağlı bəyanat yaydı





A+  A-

Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar ekoloji yönümlü qeyri-hökumət təşkilatları bəyanat yayıb.

XəzərNews.az xəbər verir ki, bəyanatı “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov səsləndirib.

Bəyanatda deyilir:

"Biz, Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən qeyri-hökumət təşkilatları birgə bəyanat verərək Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar dərin narahatlığımızı ifadə edirik.

Sərsəng su anbarının Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən qəsdən Azərbaycan əhalisinə qarşı ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunması yolverilməzdir.

47 il əvvəl istismara verilmiş Sərsəng su anbarının təmir və bərpasına ciddi ehtiyac var. 30 ildən artıqdır ki, Ermənistan bu su anbarını qanunsuz istismar edib, iqtisadi və ekoloji cinayətkarlıqla məşğul olub. Bu əməllərin davam etdirilməsi yolverilməzdir.

Azərbaycanın rəsmi qurumlarının bu yaxınlarda Sərsəng ilə əlaqədar yaydığı bəyanatda qeyd edilir ki, anbarın mövcud qəza vəziyyəti onun aşağı hissəsində yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükə yaradır.

Uzun illər bu su anbarının suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan əhalisi azərbaycanlılardan ibarət olan kəndlərə buraxılıb və nəticədə yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətləri qışda su altında qalıb. İsti yay mövsümündə isə su buraxılmayıb, bu da kəskin su qıtlığı, əkin sahələrinin suvarılmasında problemlər yaradıb, yaşıllıqlar quruyaraq məhv olub.

1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və bu, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir.

Ermənistan heç vaxt Sərsəng su anbarı ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayıb. Bunun bariz nümunəsi kimi Ermənistan Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə bu hərəkətlərin Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratmağa yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilməsindən nəticə çıxarmayıb

Həmin qətnamədə göstərilirdi ki, Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana gətirib çıxara bilən böyük fəlakət riskinə

Ötən dövrdə Ermənistanın qanunsuz fəaliyyətini davam etdirməsi Sərsəng su anbarında hər an dəhşətli humanitar fəlakətə səbəb ola bilər.

Böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının suvarma tələb olunan əraziləri Ermənistanın Sərsəng su anbarı ilə əlaqədar özbaşınalıqlarının qurbanına çevrilib. Biz buna etiraz edirik! Sərsəng su anbarı təyinatı üzrə istifadə olunarsa, 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb oluna bilər.

Ermənistan törətdiyi digər ekoloji cinayətlər ilə yanaşı, Sərsəng su anbarının qanunsuz istismarı və ekoloji terror aləti kimi istifadəsi nəticəsində Azərbaycan iqtisadiyyatına vurduğu böyük zərərə görə Azərbaycan dövlətinə təzminat ödəməlidir.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində ekoloji terroru davam etdirənlər Azərbaycan Respublikasının ədalət mühakiməsinə cəlb edilməlidirlər. Biz Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına müraciət edirik ki, Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar mümkün olan bütün tədbirlər həyata keçirilsin!

Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntülərinin Azərbaycana qarşı ekoloji terror fəaliyyəti dərhal dayandırılmalı və Sərsəng su anbarının idarəçiliyi Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına təhvil veriməlidir".

“Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov

Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova

“Saf Su” Ekoloji Meliorativ Monitorinq Mərkəzi İctimai Birliyinin sədri, Məmməd Əsədov

“Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı

“Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev

“Səma və Eko” Sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli

"Şəfəq" Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli

“Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva

Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı

"Sağlam həyata doğru" Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov

“Ekoleks” Ekoloji Hüquq Mərkəzinin direktoru Sevil İsayeva

"Səhiyyə və Sağlam Həyat" İctimai Birliyinin sədri Əlizadə Cahangir

"Eko-TES" Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov

“İnkişaf və Rifah Naminə” İctimai Birliyinin sədri Zəminə Səfərova.



Xəbər 1219 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +