Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


28.08.2023  17:01 

Bayrağımızı təhqir edən 3 erməni futbolçu Laçında saxlanılıb





A+  A-

Azərbaycan bayrağını təhqir edən 3 erməninin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanıldığı bildirilir.

XəzərNews.az xəbər verir ki, bu barədə "Trend" öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən şəxslərdən üç nəfəri saxlanılıb.

Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.

Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Azərbaycan tərəfi dəfələrlə qanunpozuntuları törətmiş ermənilərin bağışlana biləcəyi ilə bağlı humanist açıqlamalar verib. Ehtimal olunur ki, Azərbaycan dövləti növbəti dəfə humanist yanaşma sərgiləyərək saxlanılan şəxslərin gənc və idmançı olduqlarını nəzərə alaraq inzibati qayda məsuliyyətə cəlb edə bilər.

İstənilən halda isə, Azərbaycan bayrağını təhqir edən və azərbaycanlılara qarşı nifrət, düşmənçilik ruhunda olan şəxslərin Azərbaycan ərazisində yaşaması qeyri mümkündür və onlar mütləq qayda da Ermənistana deportasiya olunmalıdır.

Xəbər 1143 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +