Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


25.08.2023  12:33 

Bu adamların Milli Məclisdə nə işi var?





A+  A-

Deputat Tahir Kərimli təklif edir ki, 30 yaşından yuxarı olub ailə qurmayanlar dövlətə vergi versin...

Azərbaycan xalqı ailə dəyərlərinə son dərəcə bağlıdır. Oğlanlar da, qızlar da ailə qurmağa ciddi maraq göstərirlər. Əlbəttə, bu, çox gözəldir.

Ancaq orası da var ki, bəzi gənclər ailə qurmaq imkanında deyillər. Bəzi deyəndə onlar gənclərin 40 faizə qədərini təşkil edirlər.

Çoxunun evi yoxdur, işi ya yoxdur, ya da qazancı ailəni saxlamağa yetəcək səviyyədə deyil. Azərbaycan gəncliyinin ciddi maliyyə problemləri var. Ona görə də dövlət gənclərə ciddi dəstək verməlidir. Xüsusən gənc ailələrin ucuz evlə təmin olunması dövlətin prioriteti sayılmalıdır.

Adamın 30 yaşı var. Evlənə bilmir. Maddi durumu bərbad gündədir. Tahir Kərimli də bu tərəfdən təklif edir ki, yaşı 30+ olan, canın çıxsın hələ dövlətə də vergi ver.

Axı bu qafada olan adamların Milli Məclisdə nə işi var? Nə qədər ki, deputatları xalq yox, iqtidar “seçir” Tahir Kərimli ağılda olanlar Milli Məclisdə meydan sulayacaq...

Elbəyi Həsənli


Xəbər 1274 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +