Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


14.08.2023  17:01 

Təxribatlar artır: Paşinyan nə istəyir?





A+  A-

"Erməni təxribatlarına son qoymaq üçün dünya gücləri yanlış mövqe tutmamalı, erməni yalanlarına inanmamalı və İrəvana təzyiqləri göstərməlidirlər. Bunları etməsələr bölgədə sabitliyi təmin etmək mümkün olmayacaq”.

XəzərNews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov son günlər yenidən intensivləşən erməni təxribatlarını şərh edərkən deyib.

"Sülh sazişinin imzalanması ərəfəsində Ermənistan tərəfindən təxribatların artması artıq yeni hadisə deyil. Ötən ilin avqustunda Brüsseldə keçirilən danışıqlarda ciddi nəticələr əldə olundu. Bu barədə parlament qarşısında çıxış edən Nikol Paşinyan son dərəcədə pozucu və təxribat xarakterli bəyanat verdi. O, həmin vaxt ciddi bir sənədə qol çəkməyə hazırlaşdığını və bu sənədin imzalanmasından sonra erməni xalqının onu xain, satqın adlandıracağı və devirməyə cəhd göstərəcəyini bildirib. Bu hadisə sentyabrın 14-də olub. Ondan bir gün əvvəl, sentyabrın 13-də isə, sərhəddə erməni təxribatları törədildi”, deyə A. Səmədov qeyd edib.

Onun sözlərinə görə, həmin hadisələr zamanı ermənilər cavablarını aldılar, 200 erməni öldürüldü:

”Ancaq həm 13 sentyabr təxribatı, həm də Paşinyanın bir gün sonra verdiyi təxribatçı bəyanat sülh sazişinin imzalanmasına maneə oldu. Eyni təhlükə yenə də qalmaqdadır. Sənədi imzalamaq istəyən, onu bu şəkildə elan etməməlidir. Məqsəd sənəd imzalamaqdır, yoxsa, ermənilərin etirazını körükləməkdir? Bununla, Paşinyan bütün dünyaya nümayiş etdirmək istəyir ki, guya sənədə qol çıkmək istəyir, amma əhali onu qəbul etmir”.

Ekspertin sözlərinə görə, belə təxribatlar nəticəsində demək olar hazır olan sülh sazişi ötən il imzalanmadı.

"Cari ildə də onun imzalanması üçün bir maneə yoxdur. Əsas problem ermənilərin Qarabağla bağlı beynəlxalq hüquqa zidd tələbləridir. Bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul etdiklərini bəyan edir, digər tərəfdən isə ölkəmizin daxili işlərinə qarışmağa cəhd edirlər”, deyə ekspert vurğulayıb.

Həmsöhbətimizin fikrincə, dünya birliyi Avropa Siyasi Birliyinin bu il keçiriləcək sammitində artıq sülh sazişinin imzalanmasını istəyir:

"Ancaq Paşinyan həmin siyasi iradəni özündə hiss etmədiyindən, sərhəddə şoular təşkil etmək, təxribatlar törətməklə, sülh sazişinin imzalanmasının qarşısını almağa çalışır”.

Ekspert bildirir ki, artıq dünya məsələ barədə öz sözünü deməlidir:

"Üstəlik, Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişə artıq ikitərəfli sayıla bilməz. Artıq dünyanın böyük gücləri prosesə qoşulub və aktiv şəkildə onu aradan qaldırmağa çalışırlar. Ancaq qəti addımlar atılmalıdır. Onlar dərk etməlidir ki, Qarabağ ermənilərinin humanitar fəlakət şousu Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəldilib. Bütün dünya, hətta Fransa da Praqada Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyini təsdiqləyən yekun sənədə qol çəkiblər. Bu mənada həmin güclər yanlış mövqe tutmamalı, erməni yalanlarına inanmamalı və İrəvana təzyiqlər göstərməlidirlər. Əks halda erməni təxribat və şouları davam edəcək. Ermənilər bu sahədə kifayət qədər ustadır. Bu baş verməsə bölgədə sabitliyi təmin etmək mümkünsüz olacaq”.

Qeyd edək ki, avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Xəbər 371 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +