Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


08.08.2023  15:42 

“Etiraz etməyə də imkan yoxdur“ - Ekspert





A+  A-

Dünəndən etibarən Azərbaycanda bütün siqaretlərin qiyməti bahalaşıb. Belə ki, bəzi siqaretlərin qiymətində 10, bəzilərində isə 20 qəpik bahalaşma müşahidə olunur. Son bir ayda ikinci dəfədir ki, siqaretlərin qiymətində artım baş verir.

Bəs tütün məhsullarının qiymətinin artmasına səbəb nədir?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bahalaşmaya səbəb aksiz dərəcələrinin kütləvi istehlak mallarının bəzilərinə onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü) artırılmasıdır:

"Son bir neçə ildə Azərbaycanda artıq tütün məhsullarının 5-6-cı qiymət artımıdır. Dünyanın hər yerində hökumətlər aksiz dərəcələrini, vergilərini qaldırmaqla tütün məmulatlarının qiymətlərinin bahalaşdırılmasına daha rahat gedirlər, çünki bu sosial əhəmiyyətli məhsul olmadığı üçün hökumətlər tez-tez vergi və gömrük dərəcələrini, aksiz dərəcələrini qaldıraraq tütün məmulatlarının və alkoqollu içkilərin qiymətinin artmasına səbəb olurlar.

Bizdə isə bu 5-6-cı dəfədir ki, bu baş verir. Bunun əsas səbəbi aksiz dərəcələrinin artırılmasıdır, bundan öncə qərar verilmişdi ki, avqust ayından yenidən qaldırılacaq. Biz bunun da təsirlərini görürük. Aksiz dərəcələri artdıqca, qiymətlər də yüksəlir. Biz də indi bunu müşahidə edirik. Bu məsələdə etiraz etməyə də imkan yoxdur, tütün məmulatları sosial məhsul olmadığına görə bunu etmək olmur. Dövlət bunu sağlam həyatın təşviqi ilə izah edir".

Ekspert bu qiymət artımının gələcəkdə ölkədə qaçaqmalçılığın artmasına səbəb olacağı təhlükəsinin olduğunu da qeyd edib:

"Problem odur ki, biz başqa ölkələrin təcrübəsinə baxanda görürük ki, ölkədə aksiz dərəcələri, qiymətlər qalxdıqca, qonşu ölkələrdən qaçaqmalçılıq yolu ilə həmin ölkəyə tütün məhsullarının gətirilməsi də artır. Bu təhlükə indi bizim üçün də mövcuddur. Azərbaycan hökuməti ətraf ölkələrin də qiymət siyasətini nəzərə almadan bu addımı atırsa, bir müddət sonra Azərbaycanda da qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin həcmi arta bilər. Bu məsələ belə bir əks-effekt doğurur".

Xəbər 1569 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +