Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


07.07.2023  12:27 

Bayraq qalmaqalı böyüyür: VHP Bəyanat yaydı





A+  A-

Laçın sərhəd keçid məntəqəsində rus sülhməramlılarının dövlət bayrağımızı endirməsi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyası bəyanat verib.

XəzərNews.az xəbər verir ki, bəyanatda deyilir:

Zəfər Savaşında qəhrəman ordumuz qarşısında təslimçilik sazişi bağlayan erməni separatizmi xarici himayədarları hesabına yenidən fəallaşır. Bu baxımdan ən aktiv mövqedə “sülhməramlı” missiyasını yerinə yetirməli olan rus hərbi birləşmələridir. Əgər Rusiyanın sülhməramlı qüvvələri bölgədə erməniyanlı mövqe tutmasaydı, indi Azərbaycanın öz ərazi bütövlüyü tanındığına görə bütün ərazisi üzərində suverenliyini bərpa etmiş olardı.

Təəssüflər olsun ki, ərazilərimizin bir hissəsində rus qoşunları qalıb və onlar da işğalçı dövləti, Ermənistanı və Ermənistanın bu ərazidə olan bir ovuc separatçılarını müdafiə edirlər. Rus hərbi birləşmələrinin bölgədəki erməni separatçılarını hər cür himayə etməsi haqda konkret faktlar var. Rusiya sülhməramlı qüvvələrinin harınlığı elə bir həddə çatıb ki, Laçında Həkəri çatının üzərindəki körpüdə ucaldılan Azərbaycan bayrağının asıldığı dirəyi aşırıb və bayrağımıza qarşı təhqiramiz davranıblar.

Vətəndaş Həmrəyliyi Partiyası baş vermiş hadisəni hiddətlə pisləyir. Dövlət Bayrağımızın işğal olunmuş ərazilərdə ucalması uğrunda qəhrəman əsgərimizin qanı tökülüb. Son aylar dəfələrlə baş verən erməni təxribatlarını sadəcə müşahidə edən sülhməramlıların bayrağımıza qarşı bu cür davranışı dövlətimizə və milli heysiyyatımıza həqarətdir.

VHP olaraq Rusiya Müdafiə Nazirliyindən baş vermiş hadisəyə görə dövlətimizdən və xalqımızdan üzr istəməsini tələb edirik.

Xəbər 2980 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +