28.06.2023  12:15 

QURBAN BAYRAMI VƏ ONUN İQTİSADİ ANLAMI





A+  A-

Qurban bayramı gələndə müsəlman dünyasında sanki bir dirilik ovqatı hökm sürməyə başlayır.

Toparlanma və eyni günün işığında milyonların səfərbər olması müsəlman toplumlarında bayramlaşma əhval-ruhiyyəsi hakim kəsilir.

Bu bir gerçəklikdir ki, bu daha çox özündə qurbanlıq qoyunların kəsilməsi ilə yaddaşlarda qalır.

Qurban bayramının iqtisadi tərəfləri ilə bağlı düşündürücü mesajları da var. Mənim fikrimcə, “qurban vermək” anlamı insanın sərvətə münasibətini də ortaya çıxarır.

“Sərvətə sahib olma”, yoxsa “sərvətə aidolma” təsnifatını bütün çılpaqlığı ilə biz aydınlaşdırır.

Dünya malının diktə etdiyi, yoxsa dünya malına diqtəedilmə iradəsini biz anladır. Pulun hökm etdiyi, yoxsa pula hökm edən faili-muxtar obrazını dəqiq tanıyırıq. İnsan sərvətindən pay verəndə onun üzərində qərarvermə gücünü ortaya qoyur.

Sərvətindən pay verməyəndə onun qulu olduğunu ətrafa faş etmiş olur. Bu mənada Qurban bayramı insanların sərvətlərindən istifadə ilə bağlı səxavət duyğularını test etmək fürsətidir.

Bayramınız mübarək, əziz müsəlman bacı və qardaşlar!

Məmməd Talıblı

Xəbər 1562 dəfə oxunub.



22.01.2025  12:40 

Novruz bayramında əfv olacaq?

22.01.2025  10:59 

Ruslar Nikolayev şəhərini vurdu

22.01.2025  10:20 

DİN əhaliyə MÜRACİƏT ETDİ

22.01.2025  09:59 

Didərgin ömür...

22.01.2025  09:00 

Sürücülərin nəzərinə!

22.01.2025  01:36 

Türkiyədə güclü zəlzələ oldu

21.01.2025  20:05 

Türkiyədə matəm elan olundu


BÜTÜN XƏBƏRLƏR +