Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


12.06.2023  10:28 

Qızıla tutulan və yolun ortasında rəqs edən müəllim…





A+  A-

Sosial mediada bir video dolaşır. Gənc bir xanım müəllim olduğu deyilən bir xanımın qulağına sırğa, barmağına da üzük taxır. Belə deyirlər ki, bu hadisə məktəblərdən birində, 4-cü siniflərin buraxılış törənində yaşanıb. Uşaqları ibtidai təhsili bitirmiş ata-analar yığışıb onların müəlliminə qızıl hədiyyə alıblar. Bunu da çəkib internetdə yayıblar.

Bu gün eyni məktəbdən olduğu deyilən daha bir bənzər videoya rast gəldim. Orda da bir xanım müəllimin qoluna qızıl qolbağı taxır…

Belə baxanda, yəqin ki, həmin məktəbdə belə bir ənənə var kimi görünür…

Başqa bir videoda isə küçənin ortasında şənlənən gənc xanımları göstərib deyirlər ki, bunlar da müəllimdir. Haradasa zəngin təbiəti olan bir yerdir, xanımlar yolda maşını saxlayıb rəqs edirlər…

Bütün bunlar doğru hərəkətlərdirmi?

Ümumiyyətlə, belə məsələlərə verilən reaksiya necədir? O da doğrudurmu?

Məncə, biz bu cür məsələlərdə bir qədər hədsizlik edirik. Cəmiyyət olaraq.

Birincisi, oradan başlayaq ki, uşağı ibtidai təhsili uğurla başa vurmuş ata-ananın sevinməyə, bu sevinci bölüşməyə haqqı var. Hamımız bu hissləri yaşamışıq və xoş olub.

İkincisi, uşağına 4 il sərasər dərs demiş müəllimə təşəkkür etmək də, əlbəttə ki, uyğundur, lazımdır.

Üçüncüsü, müəllimin də öz əməyinin bəhrəsi olan uşaqların təhsilini başa vurmasına sevinməsi tam təbii haqqıdır.

Amma!

Amma uyğun olmayan və bir qədər də ayıb sayılacaq görüntülər var axı ortada!

Müəllimə sadəcə öz qarşılığı dövlət tərəfindən ödənən əmək funksiyalarını yerinə yetirdiyinə görə ata-analar bahalı hədiyyə verirlər!

Bu, normal deyil! Hətta ayıbdır!

Hə, bir dəstə çiçək alarsınız, başa düşərik. Lap belə ata-analar yığışıb bir tort alarsınız, onu təntənəli şəkildə kəsər və bir çay içib şənlik edərsiniz, bu da yaxşı.

Amma durub çox bahalı bir hədiyyə ilə müəllimi nişan mərasimində olduğu kimi bəzəyər və bunu da aləmə yayarsanız, ortaya çox çirkin bir görüntü çıxmış olar!

Müəllim əməyi müqəddəsdir! Hər birimizin həyatda yetişməsində müəllimlərin danılmaz rolu var. Amma bu işi onlar hansısa bahalı hədiyyələr üçün etmir axı. Yaxud da etməməlidir!

Müəllimə zəhmətinə görə dəyər vermək istəyirsinizsə, bunu etməyin başqa yolları da var.



Örnək üçün, müəlliminizi görəndə ayağa qalxın. Şəxsən mən bu yaşımda belə müəllimlərimi görəndə ayağa qalxıram.

Yaxud da məktəbi bitirəndən sonra artıq yaşlanmış müəllimlərinizə baş çəkin, hal-əhval tutmağa çalışın. Şəxsən mən bunu mümkün qədər etməyə çalışıram.

Lap elə yenə də mənim kimi müəlliminiz haqqında xoş xatirələrinizi yazın.

Yəni nə edəcəksinizsə edin, amma bütün edəcəklərinizi müəllimdən asılı olmadığınız zaman edin…

Ancaq hansısa qır-qızılla müəllimi gözdən salmayın. Elə müəllimin özü də belə hədiyyəni qəbul edərək özünü ucuzlaşdırmamalıdır…

Yolda oynayan müəllimlərə gəlincə…

Əlbəttə, müəllim də insandır. Hamımız kimi. Şəxsən mən də bəzən sümüyümə düşən musiqi olanda özümü oynamaqdan saxlaya bilmirəm.

Yaxud da Dədəliyə hər həftə tək başına etdiyim səfərlərdə sükan arxasında sevdiyim mahnıları da uca səslə oxuyuram. Bunun kimə nə dəxli?

Hələ bəzən evdə rəqs etdiyim də olur. Lap elə küçədə də oynaya bilərəm. Buna görə əsla utanmaz və çəkinmərəm. Nə var ki burda? İnsan əhvalıdır. Bəzən şən olur, oynamaq istəyirsən. Oyna getsin.

Demək istədiyim odur ki, bahalı hədiyyə qəbul edən müəllimləri tənqid etməkdə nə qədər haqlıyıqsa, dərsdən kənar vaxtda yolda rəqs edən müəllimləri qınamaqda o qədər haqsızıq.

Şablon yaşamdan uzaq olmaq azadlıq deməkdir. Əgər bir insan heç bir kompleksə qapılmadan özünü istədiyi yerdə istədiyi kimi sərbəst aparır və bu zaman kiməsə zərər vermirsə, onun davranışına irad bildirməyə haqqımız yoxdur…

Ümumiyyətlə isə düşünürəm ki, müəllim və məktəb məsələsində çox diqqətli olmalıyıq. Bu məsələdə hər şeydən öncə müəllimin özü şəxsiyyətini qorumalı, ona verilən hədiyyələrdən imtina edəcək qədər ürəkli olmalıdır.

Digər tərəfdən də cəmiyyətimiz ortada olan 2-3 videoya görə bütün təhsili, məktəbi, müəllimi gözdən salmamalıdır.

Bu cür hallar tək-tükdürsə, yaxşı örnəklər nəinki yüzlərlə, hətta minlərlədir. Ki, onları da tirajlamaq, tanıtmaq biz ata-anaların vəzifəsidir əslində.

Lakin bəzən baxırıq ki, yüzlərlə uğuru olan bir məktəb, müəllim haqqında bir kəlmə xoş söz deməyə ərinənlər hansısa bir qüsuru əldə bayraq edib bütün təhsil sistemini gözdən salmağa çox həvəsli görünürlər…

Azər Həsrət
Əməkdar jurnalist


Xəbər 749 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +