Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


08.06.2023  14:04 

Media Reyestrindən keçən bir sıra saytlar “reket”liyi, şantajı, təhdidi legitimləşdiriblər





A+  A-

Dövlətin mediaya dəstəyinin həmişə tərəfdarı olmuşam. Bu, həm keyfiyyətli xəbər istehsalı, həm də yerli medianın xarici təşkilatlardan asılı olmaması üçün olduqca mühüm addımdır. “Reklam bazarı yaradın, saytları sərbəst buraxın” kimi klassik yanaşmaların əleyhinəyəm.

Bu, o halda real olardı ki, ölkədə oturuşmuş media və azad sahibkarlıq formalaşsın, ədalət prinsiplərinə ciddi riayət olunsun. Mediaya dövlət dəstəyinin verilməsinin əleyhinə olan şəxslərin Avropa ölkələrindən nümunə çəkməsi də olduqca absurddur. Danimarka hökuməti 4 illik proqram çərçivəsində medianın inkişafına 120 milyon AVRO pul ayırıb. Norveç höhuməti koronavirus pandemiyası zamanı ölkə mediasına 18 milyon, Norveç hökuməti isə 27 milyon AVRO vəsait ayırmışdı. Avropanın müxtəlif ölkələrində dövlətin mediaya dəstəyi bu gün də davam etməkdədir. İndi belə çıxır ki, bu ölkələr medianı satın alıb? Xeyr! Bu ölkələrdə dövlətin maddi dəstəyi sözün həqiqi mənasında medianın inkişafını şərtləndirən əsas amil kimi ortaya çıxıb.

Deməli, yanaşma dəyişməlidir. Dövlətin pul ayırması, media qurumlarının da bu vəsaiti qamarlaması heç nəyi dəyişmir. Məsələnin hüquqi və mənəvi tərəfləri var. Avropa ölkələrində dövlət dəstəyi ona görə medianın inkişafını şərtləndirir ki, orada bu istiqamətdə gedən proseslər təkcə hüquqi əhəmiyyət kəsb etmir. Ortada bir mənəvi öhdəlik və məsuliyyət var. Sözümü nəyə gətirirəm?

Bu gün Azərbaycanda dövlətin mediaya dəstəyindən sui-istifadə edən xeyli sayda media qurumları var, onlar müəyyənləşdirilmiş inzibati qaydalara keyfiyyətsiz şəkildə riayət etməklə, öz işlərini bitmiş hesab edirlər. Hüquq - kəmiyyət, mənəviyyat - keyfiyyət məsələsini önə çəkir. Bizdə ikincidən əsər-əlamət yoxdur. Birincidən də “pul qopartmaq” mexanizmi kimi istifadə edirlər. Kəmiyyət - taktiki, məhəlli addımdır, keyfiyyət isə strateji əsaslar formalaşdırır.

Dövlətdən dəstək alan saytların bir çoxu müxtəlif dövlət qurumlarını “mədəni” şəkildə şantaj etməklə, onları aylıq və illik müqavilələr bağlamağa məcbur edir.

Media Reyestrindən keçən bir sıra saytlar bunu əllərində bayraq edərək, “reket”liyi, şantajı, təhdidi legitimləşdiriblər. Media Reyestrindən keçən saytların “mədəni təhdid”ləri qarşısında müxtəlif dövlət qurumları və şirkətlər aciz qalır, onlarla hesablaşmağa məcbur olurlar.

Medianın İnkişafı Agentliyi saytların maliyyələşməsi ilə bağlı yeni müsabiqə elan edib. Təklif edirəm ki, maliyyə yardımı göstərəckləri saytların fəaliyyətini ciddi şəkildə araşdırsınlar.

Əvvəllər də yazmışam, bir daha deyirəm. Bəlkə də bu, heç kəsi maraqlandırmır. Amma Azərbaycanı qarşıda daha həlledici mərhələlər gözləyir. Bizə ciddi ideoloji yükə malik və strateji fəaliyyət istiqamətləri qura bilən media qurumları lazım olacaq. Problemləri gizlətmək yox, üstünə gedərək həll etmək lazımdır.

Samir Feyruzov

Xəbər 1278 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +