Qarabağda 300-dən çox erməni separatçısı axtarışa verilib
Verilən məlumatlar həqiqəti əks etdirmir... - Baş prokuror
Aqil Abbas ermənilərdən niyə üzr istəyir?
Taksilərə dair yeni tələblər qüvvəyə mindi
Daha 30 ukraynalı uşaq Azərbaycanda...
BMT-nin missiyası Qarabağa gedib
7 ambulans və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub
Prezident Kley Mourini qəbul edib
Müsadirə edilən artilleriya qurğularının... - Videogörüntüləri
Ermənilər Azərbaycan səfirlikləri qarşısında mitinq keçirəcək - Siyahı


17.05.2023  12:32 

İlham Əliyev Tokayevə zəng edib





A+  A-

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

XəzərNews.az xəbər verir ki, dövlət başçısı Kasım-Jomart Tokayevi yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Qazaxıstanın inkişafı və firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti bu ilin aprelində Qazaxıstana səfərini məmnunluqla xatırlayaraq, göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib, səfərin uğurla nəticələndiyini və ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

Xəbər 937 dəfə oxunub.




01.10.2023  10:05 

BMT-nin missiyası Qarabağa gedib


BÜTÜN XƏBƏRLƏR +