Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


11.05.2023  18:04 

İranın anti-Azərbaycançılığı və Heydər Əliyevlə bağlı “araşdırması”





A+  A-

Mayın 10-nu Azərbaycan xalqının Ümummilli Lideri, dünyada bir nömrəli azərbaycanlı Heydər Əliyevin anadan olmasının 100 illiyi idi. Ölkəmizdə təntənəli şəkildə qeyd olundu. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirildi.

2023-cü ilin əvvəlindən bu tədbirlər xüsusi intensivliklə keçirilib və hamısı barədə də mətbuatda məlumat yayılıb. Mayın əvvəlindən isə məlumatların yayılmasında xüsusi artım var idi. Azərbaycan mətbuatını ardıcıllıqla izləyən İranın mətbuat üzrə əməkdaşları İranda, səfirlikdə, Bakıda, Almaniyada fəaliyyət göstərmələrindən asılı olmayaraq bunu görməmiş deyildilər. Əvvəlcə Ümummilli Liderin 100 illiyini “görməmək” qərarında idilər. “Səhər” xəbərlərində, Saat 16.00 buraxılışında, “Axşam rubrikaları”nda, əvvəlki günlərdə də Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə bağlı heç bir məlumat yox idi.

Mayın 10-da təxminən axşamüstü saat 6-7 radələrində mövqelərini dəyişdilər. Birdən-birə “Xəbərlər”in (axşam) buraxılışında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük sensasion məlumat yaydılar. Sovet hökumətinin rəhbərlərindən biri olduğu dövrdə SSRİ-ni Səddam Hüseynə kömək etməyə təhrik edib. Bu, nəticədə yüz minlərlə təbrizli, ərdəbilli, urmiyalı, zəncanlının ölümünə səbəb olub.

Hədəf bəllidir. Bunlar İranda azərbaycanlılar yaşayan regionlardır və İrandakı azərbaycanlıları vaxtilə Heydər Əliyev “öldürtdürüb”. Kürd əsillidir, Türkiyədə PKK-nı dəstəkləyib. Millətinə xidmət etməyib. Bunlar bu vaxta qədər işlətdiyi terminlər idi. Amma S.Hüseynə yardım vasitəsilə İranın 4 Azərbaycan ostanında ayrıca seçimlə yüz minlərlə azərbaycanlını “öldürməsi” tamamilə yeni anlayışdır və mayın 10-nu saat 6-7-də göstəriş əsasında tərtib olunmuş məsələdir.

İran mətbuatı ara-sıra keçmişdən yazır. Keçmişdə olanların əksəriyyəti İranın indiki prizmasından baxdıqda İran üçün bu arzuolunmazdır və İran rəhbərliyi o dövrü qəbul etmir, inkar edir. Buna baxmayaraq ara-sıra yada salırlar ki, 1970-ci ildə SSRİ Ali Sovetinin sədri N. Podqornı Astarada (Azərbaycan) SSRİ-İran qaz kəmərinin açılışında iştirak edib. 1970-ci illərdə İran şahı da ABŞ və İsrailin İranı istismarçılığından narazı idi. Əhalini dolandırmaq üçün SSRİ ilə əməkdaşlığı genişləndirməyə başladı.

Əlbəttə o zaman ağrılı sahələrdən biri torpaq islahatları idi. Bunu da İranda “ağ inqilab” adlandırırdılar. ABŞ bunu İranın SSRİ-yə meyllənməsi kimi qəbul etdi. Çünki həmin dövrdə sənaye, energetika sahəsində İranla SSRİ arasında da danışıqlar gedirdi. Belə olan təqdirdə N. Podqornının İrana və bir müddət sonra Azərbaycana, İranda olduğu dövrdə Brejnevin də Azərbaycanda olmasını Heydər Əliyevin-Böyük Azərbaycanlının İrandakı qardaşlarına yardımı kimi də dəyərləndirmək olardı. İranın daxili aləmi təbii ki, buna imkan vermirdi. Şah da SSRİ-yə meylləndiyi üçün ABŞ şahı devirdi. Əsas element də orada İran İslam İnqilabının lideri Seyid Ruhulla Xomeyninin Nəcəfdən Fransaya aparılması, Fransada altı ay mətbuat qarşısında öz fikirlərini izhar etdikdən sonra İrana qayıtması idi. İran isə bunu tamamilə fərqli görür.

Azərbaycan ərazisində çəkilən Astara (İran)- Astara (Azərbaycan)-Qazıməmməd-Qazax qaz kəməri də Zaqafqaziyanı qazla təmin etmək üçün nəzərdə tutulmuşdu. Çünki Tümendən Zaqafqaziyaya qaz çəkmək çətin idi. O kəmər indi də salamatdır, müəyyən təmir-bərpa işləri görmək lazımdır və İran birbaşa qazı Gürcüstan ərazisinə nəql edə bilər.

Qazax Gürcüstanla, həm də Ermənistanla həmsərhəddir, oradan hər iki ölkəyə İran qazını ötürmək olar. Amma İran bunu istəmir. Ermənistan üzərindən Gürcüstana qaz kəməri çəkmək istəyir. İran Ermənistana qaz kəməri çəkdi, Rusiya tutdu əlindən aldı. Bundan sonra da Rusiya alacaq, almayacaq Allah bilər.

Dəfələrlə iddia etmisiniz ki, biz Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsində, Azərbaycanda hakimiyyətdə oturmasına kömək etmişik. Yaxşı, Səddam Hüseynə silah göndərən adamı siz niyə Azərbaycanda hakimiyyətə gətirməyə kömək etdiyinizi iddia edirsiniz. Əlbəttə, belə ritorik suallardan çox ortalığa qoymaq olar. Söhbət İranın anti-Azərbaycan axtarışında yeni bir cinah “kəşf etməsindən” gedir. Bu, İranın anti-Azərbaycançılığının daha yeni bir mərhələsidir.

Heydər Əliyev Sovet İttifaqının Mərkəzi Komitəsinin büro üzvü olub. SSRİ-ni o vaxt idarə edən ali orqan mərkəzi komitənin bürosu idi. SSRİ Ali Sovetinin sədrinin birinci müavini kimi təqdim edirlər.

İranın anti-Azərbaycançılığı heç zaman dayanmayacaq. Çünki Azərbaycan Respublikası adlı dövlət mövcud olduqca İran dövlətinin mövcudluğu üçün təhlükəli hesab olunacaq. Yaxınlarda ali dini rəhbər müəllimlərə fars dilini və İrançılığı tövsiyə etdi. İranın tərkibində olan digər xalqların adı, tək azərbaycanlılardan getmir, hətta fars taciklərinin də adı orada yoxdur. Taciklər farsçılığın bünövrəsini Samanilikdən götürürlər və farsı Samaninin törəməsi hesab edirlər. Onun da adı yoxdur. Əfqan qəbilələrinin, türkmənlərin adı yoxdur. İranın nə şərəfli tarixi varsa tarixin və mədəniyyətin tərkib hissəsindən azərbaycanlıların, taciklərin, türkmənlərin, pakistanlıların etdiyini çıxsaq, yerdə sıfır qalır. Hətta pakistanlılar gördüklərini bir az da irəli aparsalar İranın tarixində, mədəniyyətində əldə etdikləri mənfiyə tərəf keçir.

İranın İslama, həqiqətə, qonşuluğa qayıtması çox vacibdir.

Mübariz Əhmədoğlu
Siyasi şərhçi


Xəbər 771 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +