Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


08.05.2023  18:22 

Səlim Müslümov 4,5 milyon manat ödədi





A+  A-

Sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

XəzərNews.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa sədrlik edən hakim Faiq Qəniyev deyib ki, Səlim Müslümov bu ay ərzində cinayət işinin ayrılmış israfetmə epizodu üzrə şirkətlərin əvəzinə dəymiş ziyanın 4 milyon 500 min manatını ödəyib.

Bundan başqa, israfetmə epizodu üzrə şirkətlər tərəfindən 600 min manat ödənilib. Bu həftə ərzində istintaq orqanı tərəfindən ödəmənin mahiyyəti ilə bağlı son məlumat məhkəməyə təqdim olunacaq.

Qeyd edək ki, Səlim Müslümov bundan əvvəl dəymiş ziyanın 20 milyon manatını ödəyib.

Növbəti iclas mayın 15-nə təyin olunub.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş ziyan 27 milyon manat hesablanıb.

Xəbər 2448 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +