“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


03.05.2023  16:19 

Kremlə dron hücumu, Putin sağdır?





A+  A-

Moskva Kiyevin ötən gecə Kremlə qarşı həyata keçirməyə cəhd etdiyi hücumu Rusiya prezidenti Vladimir Putinin həyatına qəsd kimi qiymətləndirir.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat xidməti məlumat yayıb.

“Biz bu hərəkətləri planlaşdırılan terror aktı və Rusiya Federasiyası Prezidentinin həyatına qəsd kimi qiymətləndiririk. Qələbə Günü ərəfəsində, xarici qonaqların da iştirakının planlaşdırıldığı 9 May Paradında...” deyə Kremlin bəyanatında vurğulanır.

Onlar əlavə ediblər ki, Moskva lazım bildiyi yerdə və nə vaxt cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Xatırladaq ki, Kreml bundan əvvəl məlumat vermişdi ki, ötən gecə Kiyev Vladimir Putinin Moskvadakı iqamətgahına dronlarla vurmağa cəhd edib. İki pilotsuz təyyarə Kremlə yönəlib, lakin xüsusi xidmət orqanlarının və hərbçilərin hərəkətləri nəticəsində qurğular sıradan çıxıb. Prezident xəsarət almayıb.

Xəbər 531 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +