Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


27.04.2023  16:23 

Ərdoğanın ikinci 14 mayı...





A+  A-

Qardaş Türkiyə Cümhuriyyəti Ərdoğanın prezidentliyi dönəmində növbəti böyük tarixi uğuruna imza atır - bu gün, bir neçə dəqiqədən sonra Mersində Rusiya mütəxəssislərinin tikdiyi Akkuyu Atom Elektrik Stansiyasına nüvə yanacağının yüklənməsi mərasimi keçiriləcək.

Bu addım Türkiyənin iqtisadi və hərbi gücünə yeni güc qatmaqla yanaşı, Türkiyə-Rusiya münasibətlərində də çox önəmli bağ olacaq.

Gözlənilirdi ki, mərasimdə həm Türkiyə prezidenti Ərdoğan, həm də Rusiya prezidenti Putin canlı olaraq iştirak edəcəklər.

Ancaq mərasimə bir neçə gün qalmış yaşanan hadisələr Ərdoğan-Putin görüşünün Mersində canlı olaraq baş tutmasının qarşısını aldı: aprelin 23-də Almaniyanın nüfuzlu qəzetlərindən birində Ukrayna kəşfiyyatının Putinə sui-qəsd planlaşdırdığı və sui-qəsdin də dron hücumuyla həyata keçiriləcəyi məlumatı yayıldı; aprelin 25-də isə prezident Ərdoğanın canlı yayında səhhətinin pisləşdiyi və bu səbəbdən bir neçə günlüyə proqramlarında dəyişiklik ediləcəyi xəbəri verildi.

Belə görünür ki, həm Rusiya, həm də Türkiyə kəşfiyyatı Rusiya-Türkiyə münasibətlərini 2016-cı ildən bu yana dəfələrlə pozmaq ssenariləri üzərində işləyən dövlətlərin bu mərasimi pozmaq üçün hansısa əməliyyat hazırlığında olduğu siqnallarını ciddi qəbul ediblər və bu səbəbdən də Putin-Ərdoğan görüşünün canlı deyil, onlayn keçirilməsinə razılıq veriblər.

Onu da qeyd edək ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu da bugünkü çıxışında ehtimallarımızı təsdiqləyən fikirlər işlədib. O, açıq şəkildə ABŞ-ı Türkiyədə dövlət çevrilişi hazırlamaqda suçlayaraq, Ərdoğanı vaxtilə amerikalıların türk hərbçilərin əliylə devirib sonra da asdıqları baş nazir Adnan Mendereslə müqayisə edib.

Türkiyədə CHP-dən fərqli xarici siyasət yürütməyə çalışan rəhmətlik Menderes 1950-ci ilin 14 mayındakı seçkilərdə qalib gəlmiş, baş nazir seçilmişdi.

Ərdoğanın ikinci 14 mayı təkrarlamasına isə çox az vaxt qalıb - cəmisi 17 gün...

Elxan Şükürlü

Xəbər 528 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +