Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


05.04.2023  23:37 

Həyasızlığın “qırmızı xətt”i





A+  A-

“İran” adlanan ölkənin Azərbaycan Respublikasına qarşı hücumları səngimək bilmir. Çoxüzlü və riyakar mahiyyəti, fitnəkarlığı, İslamın müqəddəs dəyərlərindən təfriqəçi maraqları üçün yararlanmaq siyasəti, saxta “müsəlman həmrəyliyi” təbliğatı ifşa olunduqca molla rejimi daha da aqressivləşir, öz eyiblərinə kor olub əbasına qapanmaq yerinə çirkab dolu niyyətini başqalarına çamur atmaqla davam etdirir.

Hər dəfə İranın ölkəmizə qarşı təxribatından sonra bu kin və şər-böhtan “dəyirmanı”nın, heç olmasa “çax-çaxı”nın dayanacağına, az da olsa ümid bəsləsək də, nəticə hasil olmur.

İndi də müsəlman azərbaycanlıları öz evlərindən didərgin salan, yurd-yuvalarını tarmar edən, torpaqlarını ot bitirməz hala gətirən, ziyarətgahlarını dağıdan, məscidlərində donuz saxlayan, minarələrini azansız qoyan ermənilərlə qol-boyun olan, uşaq qatilləri, müharibə cinayətkarları Robert Köçəryan və Serj Sarkisyana ilan kimi sarılan, Paşinyana pişiklənən rejimin parlamenti xirtəyədək bulaşdıqları çamurun belə fərqinə varmadan ölkəmizin əleyhinə “bəyanat” qəbil edib.

Müsəlmanların üz qarası olan molla rejiminin deputatları utanıb-qızarmadan, özlərinə xas “bəlağətli” və qıpqırmızı cümlələrlə Azərbaycan Respublikasını İsraildə səfirlik açdığına görə ittiham ediblər. Sən demə biz “məzlum fələstinlilərin haqqına girmişik”.

Hələ abır-həya etmədən qərarlarını, qətnamə və bəyanatlarını görməzdən gəldikləri “İslam Əməkdaşlıq Təşkilatına, müsəlman ölkələrinə və azadlıqsevər dünyaya Azərbaycanı qınamaq üçün” müraciət də ünvanlayıblar. Molla rejiminin ermənilərlə bağlı “qırmızı xətt”lərinin çox olduğunu bilirik, amma əgər “İran” adlanan ölkənin leksikonunda həyasızlığın “qırmızı xətt”i deyilən bir anlayış da varsa, o zaman bu “bəyanat” adlanan kağız parçası “qırmızı xətt”i nəinki adlayıb, hətta min kilometrlərlə geridə buraxıb.

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində Ermənistanın təcavüzünü, azərbaycanlılara məxsus dini və mədəni abidələrin dağıdılmasını, ermənilərin vandalizm və etnik təmizləmə siyasətini pisləyəndə, Xocalı soyqırımını tanıyanda və cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılmalarını tələb edəndə molla rejiminin təmsilçiləri işğalçılarla ortaq mədəniyyətə, dəyərlərə sahib olduqlarını bildirir, Xocalı qatilləri ilə öpüşüb-görüşür, qanlı əllərini ikiəlli sıxır, müsəlman azərbaycanlıların qamına susamış ermənilərə “qardaş” deyirdilər. Azərbaycan torpaqlarının erməni tapdağında olduğu dövrdə bircə dəfə də olsun molla rejiminin parlamentinin müsəlman azərbaycanlıların müdafiəsinə qalxdığının, İslam Əməkdaşlıq Təşkilatına, müsəlman ölkələrinə və bütövlükdə, məlun “bəyanat”da qeyd olunduğu kimi “azadlıqsevər dünyaya” Ermənistanın təcavüzünə son qoyulması ilə bağlı müraciət ünvanladığının şahidi olmadıq. Tehranda, Rəştdə qondarma erməni soyqırımına abidələr ucaldığı, hər il uydurma qətliamın “ildönümü”nün qeyd olunmasına şərait yaradıldığı halda Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə belə imkan tanımadı bu rəzil ultramillətçi rejim…

Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan üçün “həyat yolu” olan, işğala və işğalın davam etməsinə hərtərəfli dəstək verən, Azərbaycan ordusununun Zəfər yürüşünə mane olmağa, yolumuzu kəsməyə çalışan, müsəlman azərbaycanlıların gediş-gəlişinin asanlaşdırılmasına, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın blokadadan çıxmasına xidmət edən Zəngəzur dəhlizinin reallaşdırılmasına qarşı çıxan, bu məqsədlə tələm-tələsik Zəngəzurda konsulluq açan İran görəsən hansı haqla “Azərbaycanı qınamaq üçün İslam hökumətlərinə müraciət” ünvanlayır? Hansı ölkələrə ünvanlayır bu müraciəti? Azərbayan torpaqlarını işğal etdiyinə görə Ermənistanla diplomatik əlaqələrini kəsən Səudiyyə Ərəbistanına? Bəlkə haqq davamızda hər an yanımızda olan Türkiyəyə, Pakistana müraciət edir rejimin parlamenti? Hansı üzlə?

Maraqlıdır, görəsən öz vətəndaşalarının ən adi hüquqlarını belə tanımayan, işgəncə, edam və zülm üzərində bərqərar olan “İran” adlanan ölkənin deputatları “azadlıqsevər dünya” deyəndə haranı nəzərdə tuturlar? Nə qədər abırsız olmaq lazımdır ki, günahsız insanların ölümünə səbəb olan terror aksiyalarına, edamlara, işgəncələrə, qətliamlara “xeyir-dua” verəsən, insan hüquq və azadlıqlarına qənim kəsiləsən, sonra isə “azadlıqsevər dünya”dan danışasan və hətta müraciət də ünvanlayasan? Bəlkə İranlı deputatların “azadlıqsevərlik” anlayışı terror və işgəncə azadlığıdır? Bəlkə onlar belə bir dünya arzulayırlar və bütün dünyanı viran qoyduqları İranın gününə salmaq üçün uğraşırlar?

Əgər molla rejiminin sözdə “parlament üzvləri” adlanan şər və böhtan püskürücüləri bu qədər cəsarətlidirlərsə, qoy o zaman öz hökumətlərinin üzvlərinə və dini-syasi rəhbərlərinə müraciət etsinlər və desinlər: “Ay ağaye filankəslər, Ermənistana təzyiq göstərin ki, bu müqəddəs Ramazan günlərində müsəlman azərbaycanlıların İrəvandakı Göy Məscidə getmələrini, Qərbi Azərbaycanlıların öz evlərinə qayıtmalarını təmin etsin, indiki Ermənistan ərazisində, tarixi Azərbaycan torpaqlarında müsəlman azərbaycanlılara məxsus dağıdılmış məscidlər, tarixi və mədəni abidələr, ziyarətgahlar bərpa olunsun…”

Edə bilməzsiniz! O zaman boş-boşuna danışmayın. Onsuz da içiniz bayırdadır və üfunət qoxuyur…

Elçin Mirzəbəyli


Xəbər 515 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +