Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


05.04.2023  13:47 

“Zahid Orucun çıxışı bir qədər sərt alınıb”





A+  A-

Milli Məclisin ötən gün keçirilən iclası maraqlı açıqlamalarla yadda qalıb. Deputatlar çıxış edərək, həmkarları Fazil Mustafaya qarşı sui-qəsd hadisəsini kəskin tənqid edib, terror aktının İran tərəfindən törədilməsi barədə fikirlər səsləndiriblər.

Deputat Siyavuş Novruzov bildirib ki, lazım gələrsə, sərhəddə İrana qarşı vuruşa bilərik: “Deputat Fazil Mustafaya qarşı törədilən terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirirəm. Bu məsələ ilə bağlı öz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. Həmin şəxslər bu terror faktı ilə gözümüzü qorxutmaq istəsələr də səhv edirlər. Bizim üzərimizə sovet qoşunları gəlib, 5 dəfə hakimiyyət çevrilişi etmək istəyiblər. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətlə Azərbaycan xalqı rahat nəfəs alır. Sərhəddə İrana qarşı da vuruşa bilərik. İran dövləti Naxçıvan ərazisinə yaxın yerlərə qoşun yığıb, orada döyüşməyə də hazırıq. Qoy bilsinlər ki, Azərbaycan 90-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir”.

Deputatın bu çıxışı sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub. Bəzi insanlar səsləndirilən fikirləri doğru hesab etsə də, digərləri bunu düzgün qiymətləndirməyib.

Siyavuş Novruzov müzakirələrə səbəb olan çıxışı ilə bağlı Modern.az-a açıqlama verib. O deyib ki, son vaxtlar İran Azərbaycana qarşı sərt mövqedə çıxış edir:

“Hesab edirik ki, Azərbaycanla sərhəddə hərbi təlimlərin keçirilməsi, hazırda Naxçıvanla sərhədə qoşunların yığılması və s. Azərbaycana qarşı təhdiddir. Hazırki dövrdə İran və Ermənistan arasında dostluq əlaqələrini görürük. Bu da bilavasitə Azərbaycana qarşı atılan addım və təhdiddir.

Biz cavab olaraq bildiririk ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Hazırda ölkədə iqtidar və xalq birliyi var. Bütün bunları nəzərə alaraq bildiririk ki, lazım gələrsə, Azərbaycan xalqı ərazi bütövlüyünü, müstəqilliyini qorumaq üçün istənilən dövlətə, o cümlədən İrana qarşı vuruşa bilər. Eyni zamanda İranın ölkədəki əlaltılarına da xəbərdarlıq edirik. Sizin qohum-əqrabalarınız hamısı bu dövlətin ərazisində yaşayır. Hansısa yollarla İranın təsiri altına düşmüsünüz, amma geri qayıtmaq da gec deyil. Öz dövlətinə xəyanət edə bilmərsən. Onların din pərdəsi də yalandır. Azərbaycana qarşı bu addımları atan ölkə ilə hansı din qardaşlığından danışmaq olar”.

Qeyd edək ki, ötən gün Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc isə Hacı Şahin Həsənlinin ölümü və Fazil Mustafaya qarşı terrorla bağlı diqqətçəkən mövqe ortaya qoyub.

O çıxışında bildirib: “Dəyərli millət adamı Fazil Mustafaya qarşı silahlı hücuma Milli Məclis hüquqi-siyasi qiymət verir, sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir. Martın 2-si Hacı Şahinin müəmmalı ölümü, martın 4-ü hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir. Terrorun silahı nə olursa-olsun, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir”.

Komitə sədrinin açıqlaması Hacı Şahinin ölümünün müəmmalı olması barədə müzakirələri yenidən gündəmə gətirib. Siyavuş Novruzov isə hesab edir ki, deputat həmkarı Zahid Orucun çıxışı bir qədər sərt alınıb.

“Bu, bir az sərt fikirdir. Onunla bağlı həkimlərin verdiyi açıqlamalar var. Dəfələrlə bildirdilər ki, xəstəliyi ilə əlaqədar bir neçə dəfə həkimə müraciət edib. Hacı Şahini mən də tanıyırdım, yaxşı insan idi. Amma mən düşünmürəm ki, din obyekti baxımından o, terrorun qurbanı olub. Sadəcə səhhətində olan problemə görə dünyasını dəyişib. Həkimlər də bildirdilər ki, onu xəstəxanada saxlamaq istəsələr də, razılaşmayıb”,- deyə deputat sözlərini yekunlaşdırıb.

Xəbər 456 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +