Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


01.04.2023  09:00 

50 000 ABŞ dolları və 15 000 manatlıq dələduzluq





A+  A-

Martın 26-da Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 50 000 ABŞ dolları və 15 000 manat pulun oğurlanması barədə məlumat daxil olub.

XəzərNews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, daxil olan məlumatla əlaqədar polis əməkdaşları həmin ünvanda olublar və müvafiq araşdırmalar aparılıb.

Araşdırmalar zamanı isə həmin pulların oğurlanmadığı, Bakı şəhər sakini olan bir qadın tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyi müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarış İdarəsinin və Şirvan ŞPŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Günəş Qasımova saxlanılaraq istintaqa təqdim olunub. Dindirilmə zamanı həmin qadın cinayət əməlini etiraf edib.

Aparılan ilkin istintaq hərəkətləri zamanı məlum olub ki, G.Qasımova bir müddət əvvəl zərərçəkənin ailə üzvlərinin birinə öngörücü olduğunu bildirərək, iddia etdiyi kimi qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyi barədə vədlər verib və zərərçəkənlərin pullarını dələduzluq yolu ilə ələ keçirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər 2538 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +