Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


30.03.2023  19:07 

Əlizamin Salayev ev dustaqlığına buraxılmadı





A+  A-

Martın 30-da Qaradağ Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının həbsdə olan sədri Əlizamin Salayevin ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılıb.

XəzərNews.az “Meydan TV”yə istinadla xəbər verir ki, Əlizamin Salayev məhkəmədə çıxışında təqsirsiz olduğunu, ona böhtan atıldığını bildirib. O vurğulayıb ki, hadisə vaxtı nə üstündə bıçaq olub, nə də kimisə bıçaqlayıb.

“Mən siyasi fəaliyyətimə görə şərlənmişəm”, – Əlizamin Salayev bildirib.

Onun vəkili Nemət Kərimli müvəkkili barəsində həbs qətimkan tədbirinin
dəyişdirilməsini, onun ev dustaqlığına buraxılmasını istəyib. Müdafiəçinin sözlərinə görə, Əlizamin Salayev haqqında həbs qətimkan tədbiri seçilməsi üçün heç bir əsas yoxdur. O, həbsdə saxlanmadan da istintaq davam etdirilə bilər.

Lakin hakim Urfan Mürsəlov vəsatəti təmin etməyib, Əlizamin Salayevin ev dustaqlığına buraxılmasından imtina olunub.

Vəkil Nemət Kərimli bildirib ki, Qaradağ Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

İki aya yaxın davam edən aclığın müvəkkilinin səhhətində ciddi problemlər yaratdığını deyən vəkilinin sözlərinə görə, Əlizamin Salayev artıq yeriməkdə çətinlik çəkir. Buna baxmayaraq, o, hələ də saxlandığı Bakı İstintaq Təcridxanasında daimi həkim nəzarətində deyil – kamera şəraitində saxlanılır, təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib:

“Kifayət qədər arıqlayıb. Zorla hərəkət edir”.

Buna baxmayaraq, Əlizamin Salayev aclığı davam etdirməkdə israrlı olduğunu deyib.
Fevralın 8-də Qaradağ rayon Məhkəməsində Əlizamin Salayev haqqında həbs qərarı verilib. O, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib.

Lakin məhkəmədə Əlizamin Salayev deyib ki, bu ittiham yalandır. Onun sözlərinə görə, fevralın 6-da axşam saatlarında “Lökbatan dairəsi” adlanan ərazidə yaşadığı Salyan rayonuna qayıtmaq üçün yol kənarında maşın gözləyərkən tanımadığı bir nəfərin söyüş söyə-söyə ona tərəf gəldiyini görüb. Həmin şəxs qəfildən əlini cibinə salıb bıçaq çıxarıb. Bu zaman baş verənlərin təxribat olduğunu anlayıb və onu itələyib uzaqlaşmaq istəyəndə ətrafdan xeyli adam çıxıb: “Başa düşdüm ki, məni həbs eləmək üçün plan qurublar”.

AXCP-nin fəal üzvlərindən olan Əlizamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə o, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.

Əlizamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Əlizamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.

Əlizamin Salayev bir müddət öncə Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Xəbər 500 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +