Fazil Mustafa evinin qarşısında güllələndi
Bakı bulvarında çəkiliş aparmaq üçün icazə lazımdırmı?
Kemal Kılıçdaroğlu Muharrem İncə ilə görüşəcək
Fərhad Əhmədovla İosif Priqojini Putinə kim satıb?
“Biz mühüm tədbirlərə hazırlaşırıq“ - Zelenski
“Biz istədiyimizə nail oluruq və olacağıq“ - Prezident
63 ton kartof məhv edildi - Azərbaycanda
Quru sərhədlər niyə açılmır? - Tural Abbaslıdan açıqlama
Şəmkirin “Berdımuxammedovu“u - I YAZI
Füzuliyə qarşı üçüncü vandalizm aktı -səbəb nədir?


17.03.2023  11:14 

Məmur İcra Hakimiyyətinin qarşısında bıçaqlandı





A+  A-

Sumqayıtda vəzifəli şəxs işlədiyi yerin qarşısında bıçaqlanıb.

Hadisə dünən saat 15 radələrində şəhərin İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin qarşısında baş verib. İnzibati binanın qarşısında RİH-in Memarlıq və Tikinti şöbəsinin aparıcı-məsləhətçisi vəzifəsində çalışan 1989-cu il təvəllüdlü Cavidan Mirzəyev döş qəfəsi nahiyəsindən bıçaqlanıb. Ağır xəsarət alan məmur xəstəxanaya aparılıb.

İlkin araşdırmalar zamanı hadisənin Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Rafiz Nəcəfov tərəfindən törədilməsi müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
R.Nəcəfovun məmuru hansı səbəbdən bıçaqlaması hələlik məlum deyil./“Qafqazinfo”

Xəbər 181 dəfə oxunub.



28.03.2023  12:07 

Qarabağ erməniləri deyir ki...

28.03.2023  11:51 

Civə satarkən həbs olundu


BÜTÜN XƏBƏRLƏR +