Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.03.2023  17:54 

Liderlərin Ankara Bəyannaməsi yayıldı





A+  A-

Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən Zirvə görüşünün nəticələrinə dair liderlərin birgə bəyannaməsi yayılıb.

XəzərNews.az xəbər verir ki, 16 bənddən ibarət Ankara Bəyannaməsində Zirvə görüşünün TDT üçün faydalı olacağı vurğulanıb.

Türkiyənin cənub-şərqində baş verən zəlzələ bəyannamədə geniş yer alıb, liderlər zəlzələlərdən sonra bərpa işlərində Türkiyə xalqı və hökuməti ilə həmrəy olduqlarını ifadə ediblər.

Bundan əlavə, onlar təşkilata üzv və müşahidəçi olan dövlətlər, eləcə də dünyanın hər yerindən gələn axtarış-xilasetmə qruplarının işlərini yüksək qiymətləndirib.

TDT liderləri Qazaxıstan, Türkmənistan və Türkiyədə qarşıdan gələn parlament və prezident seçkilərinin, Özbəkistanda keçirilən referendumun uğurla nəticələnəcəyinə əminliklərini bir daha təsdiq ediblər.

Onlar, həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türk Dünyasının birlik və həmrəyliyinə, təhlükəsizliyinə və rifahına güclü və qalıcı töhfələrinə, birlik ruhunun gücləndirilməsində güclü liderliyinə görə minnətdarlıqlarını bildirib, qarşıdan gələn seçkilərdə ona uğurlar arzulayıblar.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşünün 2023-cü ilin oktyabrında Qazaxıstan Respublikasının Türküstan şəhərində keçiriləcəyinə dair qərar verilir.

Xəbər 2757 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +