Gənclər və idman nazirinin müavini vəzifəsindən azad olundu
Cərrah əməliyyat zamanı “TikTok“da canlı açdı - VİDEO
Qaçırılan 10-cu sinif şagirdi ailəsinə qaytarıldı
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşdü
Bu xəritəyə diqqətlə baxın, azərbaycanlılar...
“Bəyaz”da saxta içkilər aşkarlandı
Britaniya və Fransa Ukraynaya qoşun yeridir?
Rafael Ağayev vəzifəsindən istefa verəcək -VİDEO
Sürücülər gün ərzində ən çox hansı qaydaları pozur?


15.03.2023  10:10 

Azərbaycan Ordusu Xankəndini mühasirəyə alır?





A+  A-

Ermənistan mediası və teleqram kanalları yeni iddia tirajlamağa başlayıb: Azərbaycan Ordusu Qarabağa və sərhədə canlı qüvvə-hərbi texnika toplayır;

Azərbaycan Ordusunun Qarabağda, yaxud sərhəd bölgəsində hansısa hərəkəti suveren hüququdur və hərbi birləşmələrin daim yerdəyişməsi, xüsusilə hərəkət istiqamətini fəsilə uyğun seçməsi təbii haldır. Lakin Azərbaycanın hazırda hərbi birləşmələrin yeni dislokasiyası haqda heç bir mənbədə məlumat yoxdur. Bu kontekstdə sual yaranır: ermənilərin iddiasının arxasında hansı plan var?

Qarabağ ssenarisi

Hazırda əsas mövzu Qarabağdakı erməni əhalisinin Azərbaycana inteqrasiyası prosesidir. Xocalıda ilk təmas quruldu, daha sonra Prezident Administrasiyası növbəti görüşün Bakıda keçirilməsi təklifini irəli sürdü. Qərbdə dəstəklənən bu proses erməni əhalisinin adından çıxış etməyə çalışan Xankəndindəki separatçıları beynəlxalq ictimaiyyət qarşısında çətin vəziyyətə salıb: görüşə gəlmək inteqrasiya məsələsini qəbul etmək deməkdir; görüşdən imtina onları legitim hədəfə çevirir;

Bu vəziyyətdə separatçılar üçün yeganə çıxış yolu hərbi eskalasiyanın baş verməsidir, bununla beynəlxalq ictimaiyyətə özlərini “tərəf” kimi, Azərbaycanı isə “təcavüzkar” kimi göstərmək, həmçinin, erməni əhalisi arasında inteqrasiya prosesini dəstəkləyənlərin mövqelərini zəiflətmək istəyirlər.

Sərhəd ssenarisi

Ermənistan sərhəddə yeni toqquşmanın baş verməsində maraqlıdır:

- Rusiyanın, ümumilikdə KTMT-nin Ermənistanın təhlükəsizliyində heç bir rol oynamadığını bir daha göstərəcəklər
- Avropa İttifaqının müşahidə missiyasını ölkəyə gətirməklə doğru qərar verdiklərini praktiki olaraq nümayiş etdirəcəklər;
- Aİ-nin müşahidə missiyasına “Azərbaycan təcavüzkardır” iddiasını əyani şəkildə izlədəcəklər;
- Laçın yolunda Bakıya qarşı nail ola bilmədikləri beynəlxalq təzyiqi sərhəd toqquşmasında “Ermənistan ərazilərinə müdaxilə” iddiası ilə yenidən gündəmə gətirəcəklər;

“Azərbaycan Qarabağa və sərhədə qoşun toplayır” iddiasının tirajlanmasın arxasında bu plan var. Hərçənd, erməni mənbələr yaydıqları informasiyalardakı zidiyyətlə özlərini ələ verir. Misal üçün, “Hraparak” nəşri “Azərbaycan ordusunun Şuşa və Ağdərəyə qoşun yığdığını, Xankəndini mühasirəyə almağa hazırlaşdığını” yazır. Halbuki, Şuşada və keçmiş Ağdərə rayonu istiqamətində ordumuzun bölmələri əvvəldən olub. “Hayeli.am” saytı isə konkret mənbə göstərmədən, “teleqram kanallarına” istinad edir və iddia edir ki, “Azərbaycan Kəlbəcərdə və Vardenis istiqamətində canlı qüvvə-texnika toplayır”.

İctimai rəy formalaşdırmağa hesablanan bu informasiyalar fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın dünən səsləndirdiyi iddia da diqqət çəkir. Paşinyan iddia edir ki, “indi həm Ermənistan sərhədində, həm Qarabağda böyük eskalasiya təhlükəsi var”. O, bu iddiasını Bakının “ritorikası”na və “bəzi başqa məlumatlara” istinadən irəli sürür. Burada “bəzi başqa məlumatlar” qeydi iddianın “etibarlılığını”, “inandırıcılığını” artırmağa xidmət edir.

Göründüyü kimi, Qarabağda və sərhəddə təxribatlara hazırlaşan ermənilər mümkün eskalasiyada Azərbcanı ittiham etmək üçün öncədən rəy yaratmağa çalışır.//publika.az

Xəbər 905 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.01.2025  22:36 

Gəncədə piyadanı avtomobil vurub

15.01.2025  21:07 

Çimnaz Sultanova vəfat edib


BÜTÜN XƏBƏRLƏR +