Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


14.03.2023  10:59 

İranın ölkəmizə qarşı təxribatları artmaqdadır





A+  A-

Son günlər İranın ölkəmizə qarşı təxribatları artmaqdadır. Bir neçə gün bundan əvvəl Gəncənin İran şəhəri, Nizaminin fars şairi olması ilə bağlı İran rəsmilərinin açıqlamaları, Azərbaycan İran sərhədində İran təyyarəsinin uçması bu fikri bir daha təsdiq edir. Əvvəl də qeyd etdiyim kimi, bir müddət bu təxribatlar müxtəlif formalarda davam edəcək.

İndi isə qayıdaq “İran Azərbaycandan nə istəyir” sualına. İranın Azərbaycanla bağlı müxtəlif plan və məqsədlərinin olması hamımıza məlumdur. Münasibətlər gərginləşməmişdən əvvəl də İranın rəsmi dairələri Azərbaycanla bağlı fikirlərini açıq bildirirdilər. Onların yanaşması belədir: Tarixdə Azərbaycan adında dövlət olmayıb və nə vaxtsa Azərbaycan yenidən İranın nəzarətinə keçəcək. Bu gün bütün təbliğat bu məsələnin üzərində qurulub. Hətta bu təbliğat o qədər güclü aparılıb ki, sənəddə azərbaycanlı olan, ancaq düşüncəsi irançılıq ideologiyası ilə zəhərlənən az olmayan sayda azərbaycanlı bu zərərli fikrə dərindən inanıb. Onların düşüncəsinə görə, çox az qalıb, yaxın vaxtlarda Azərbaycanda “Kərimə dövləti” qurulacaq.

Səbəblərdən biri də bu gün Azərbaycanın müstəqil siyasət aparmasıdır. İran öz aləmində özünü bölgənin ağası hesab edir və düşünür ki, nə qədər absurd səslənsə də, bölgədə atılan hər bir addım onunla razılaşdırılmalıdır. Bu baxımdan Azərbaycanın İranın Ermənistanla sıx əməkdaşlığına qəti etirazı da İran tərəfində ciddi qıcıq yaradır. Onlar Azərbaycanın bu etirazlarını həzm edə bilmirlər.

İranın Azərbaycanda istədiyi digər bir məsələ İsraillə əməkdaşlığa son qoyulmasıdır. İran İsrail məsələsi ilə həm İrandakı, həm də Azərbaycandakı təbliğatında ciddi manipulyasiya edir. Davamlı olaraq bu fikir yayır ki, guya İsrailin Azərbaycanda hərbi bazaları var və bu bazalar İran üçün ciddi təhdidlər yaradır.

Əslində burada əsas məqsəd heç bir dövlətin əleyhinə yönəlməyən Azərbaycan – İsrail əlaqələrinin inkişafının qarşısını almaqdır. Azərbaycan dəfələrlə açıq şəkildə bildirib ki, heç bir dövlətə onun ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcək. İranın məqsədi başqa olduğu üçün Azərbaycanın bu açıqlamalarını qəbul etmir.

İsrail Azərbaycan əlaqələrinə gəldikdə bu əlaqələr yuxarıda qeyd olunduğu kimi, heç bir dövlətin əleyhinə yönəlməyib. Bu gün Azərbaycanın istənilən dövlətlə beynəlxalq hüquqa əsasən əlaqə və münasibət qurmaq hüququ var.

İranın əsassız arqumentlərinə və məntiqsiz paralellərində gəldikdə isə bir daha bəyan edirik ki, Ermənistandan fərqli olaraq, İsrail İranın torpaqlarını işğal etməyib. Azərbaycan İrandan fərqli olaraq İsraillə İran əleyhinə birləşməyib. Ancaq bu gün İran Ermənistanla Azərbaycan əleyhinə birləşib, ona hər cür dəstək, hətta silah belə verir. Bu məsələyə dair yüzlərlə fakt saya bilərik.

Əgər İran düşünürsə ki, bu yalan təbliğat və təzyiqlərlə Azərbaycanın mövqeyin dəyişəcək və özünə tam tabe etdirəcək, yanılır. Burada yanaşmasını və mövqeyini dəyişəcək bir ölkə varsa, o da İrandır. İran müstəmləkə təfəkkürünə, digər ölkələrə yuxarıdan aşağı və xor baxmağa son qoymalıdır. Bunu etməyənə kimi münasibətlərin normallaşmasını gözləməyə dəyməz. İran tərəf bunu mütləq anlamalıdır. İndi Azərbaycan güclü dövlətdir.

Eyni zamanda, Azərbaycanın hüquq mühafizə orqanları həddən artıq ayıq-sayaq olmalı, operativ privintiv tədbirlər həyata keçirməli, dini fəaliyyət sahəsində islahatlar sürətləndirilməlidir. Çünki qarşı tərəf davamlı olaraq çevik və situativ addımlar ataraq əməliyyat şəraitini öz xeyrinə dəyişməyə çalışır və bəzi hallarda buna nail ola bilir. Odur ki, çox diqqətli olmalıyıq.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı


Xəbər 834 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +