Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.03.2023  15:57 

DYP-nin saxladığı sürücü öldü





A+  A-

Bakı-Sumqayıt yolunda sürücü qəfil ölüb.

XəzərNews.az xəbər verir ki, sosial şəbəkələrdə hadisə yerindən çəkilmiş kadrlar yayılıb.
Oxu.az sürücünün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən verilən “Saxla” əmrindən sonra qəfil vəfat etməsi barədə məlumat yayıb.

BDYPİ-dən bildirilib ki, hadisə bu gün saat 09:45-də baş verib. “Tofaş” markalı 10-NJ-759 nömrə nişanlı avtomobilin sürücüsü ödənilməyən cərimə borcu olması səbəbindən Xocəsən qəsəbəsindən Bakı-Şamaxı şosesi istiqamətində hərəkət edərkən ərazidə xidmət aparan YPX əməkdaşları tərəfindən saxlanılıb:

“YPX əməkdaşı sürücüyə yaxınlaşaraq nəqliyyat vasitəsini saxlamasının səbəbini izah edib. Sürücü Vidadi Baxışov isə YPX əməkdaşlarına bir qədər gərgin, aqressiv formada cavablar verərək, ürək xəstəsi olduğunu və özünü narahat hiss etdiyini bildirib.

YPX inspektoru əraziyə təcili tibbi yardım avtomobili dəvət edə biləcəyini söyləsə də, sürücünün həyat yoldaşı özlərinin təcili yardım çağırdıqlarını qeyd edib. Sürücü özünü narahat hiss etdiyi üçün YPX əməkdaşı ona bu halda avtomobil idarə etməməyi tövsiyə edərək oradan uzaqlaşıb.

Daha sonra sürücü sükan arxasına əyləşərək avtomobili idarə etməyə çalışıb, bir qədər getdikdən sonra avtomobil yolun kənarındakı betona dəyərək dayanıb”.

İdarədən qeyd olunub ki, hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım heyəti yaxınlaşıb:

“Bu zaman sürücünün sükan arxasında öldüyü müəyyən edilib. Qeyd olunan faktla bağlı araşdırma aparılır”.

Xəbər 2873 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +