Robin Rayt Ukraynaya dəstək videosu çəkib
Ceyhun Bayramov Yerusəlimdə Eli Kohenlə görüşür
Zelenski Çin liderini Ukraynaya dəvət edib
Quru sərhədlər açılır
Fazil Mustafanın səhhəti normaldır
Bakıda kafeyə silahlı basqın olub
Fazil Mustafa evinin qarşısında güllələndi
Bakı bulvarında çəkiliş aparmaq üçün icazə lazımdırmı?
Kemal Kılıçdaroğlu Muharrem İncə ilə görüşəcək
Fərhad Əhmədovla İosif Priqojini Putinə kim satıb?


07.03.2023  18:54 

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş verənlər... Növbəti rəsmi açıqlama





A+  A-

“Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb”.

Bu barədə XəzərNews.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub.

Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır.

Bir daha bəyan edirik ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, mina, təminat və digər hərbi vasitələrin çatdırılması, eləcə də bu yolla döyüş mövqelərinə şəxsi heyətin daşınması və rotasiyası Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir. Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır.

Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha təsdiq edir”.

Xəbər 297 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2023  10:04 

Quru sərhədlər açılır

28.03.2023  12:07 

Qarabağ erməniləri deyir ki...

28.03.2023  11:51 

Civə satarkən həbs olundu


BÜTÜN XƏBƏRLƏR +