Gənclər və idman nazirinin müavini vəzifəsindən azad olundu
Cərrah əməliyyat zamanı “TikTok“da canlı açdı - VİDEO
Qaçırılan 10-cu sinif şagirdi ailəsinə qaytarıldı
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşdü
Bu xəritəyə diqqətlə baxın, azərbaycanlılar...
“Bəyaz”da saxta içkilər aşkarlandı
Britaniya və Fransa Ukraynaya qoşun yeridir?
Rafael Ağayev vəzifəsindən istefa verəcək -VİDEO
Sürücülər gün ərzində ən çox hansı qaydaları pozur?


07.03.2023  16:19 

“Milləti inandıraraq onu öz kökündən ayırıblar“





A+  A-

"Azərbaycan tarixi haqqında çox danışmalıyıq. Əvvəl öyrənməliyik, sonra danışmalıyıq. Çünki Azərbaycan tarixinə qarşı bir soyqırımı həyata keçirilib".

XəzərNews.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı belə düşünür.

Onun sözlərinə görə, yalnız Azərbaycan xalqına deyil, onun tarixinə də qəsd olunub:
"Ötən əsrin 20-30-cu illərində Azərbaycanda Kommunist Partiyasına başçılıq edən adamların adlarını xatırladıram: Kaminski, Kirov, Mirzoyan, Gikalo, Polonski, Mkrtçyan və s. Bunlar Stalin siyasətini Azərbaycanda həyata keçirərək bu millətin övladlarını din xadimləri adına, "Müsavat"ı müdafiə edən insanlar adına kütləvi surətdə Sibirə, Qazaxıstana sürgün etməklə kifayətlənməyib, həm də bu millətin mənəvi dəyərlərini yox etmək üçün böyük layihələr qurublar. Milləti inandıraraq onu öz kökündən ayırıblar. Təsəvvür edin, Güneydə Azərbaycanın böyük bir hissəsi qala-qala buranı ayrıca bir xalq, ayrıca bir dövlət, ayrıca bir mədəniyyətin varisi kimi dünyaya təqdim ediblər".

S.Rüstəmxanlı bildirib ki, həmin illərdə Kommunist Partiyası Azərbaycanda türk kimliyini unutdurub, yeni bir "azərbaycanlı" termini yaradıb:

"Biz 60-70-ci illərdə deyirdik ki, Azərbaycanı öz dünyasından ayırıblar, məktəblərdə yalnız Azərbaycan Sovet Sosialist Respublikasının tarixini, ədəbiyyatını, dilini, coğrafiyasını öyrətmək yanlışdır. Bu yolla biz millətimizi təqdim edə, uşaqlarımıza tariximizi, folklorumuzu, kökümüzü öyrədə bilmərik. Baxmayaraq ki, hazırda biz müstəqilik, amma tarix kitablarımızı yazanların bəziləri sovet dövrü psixologiyası və vərdişlərindən qopa bilmirlər. Hələ bu barədə bəzi yeni kitablar da yazılır. Yenə də köhnə İran, Hind-Avropa təsirləri, kökümüzü aparıb ora bağlamaq meyilləri qalıb. Halbuki Azərbaycan böyük Türk dünyasının bir parçasıdır".

S.Rüstəmxanlının fikrincə, Türk Dövlətləri Təşkilatının yaradılması əslində tarix yaddaşımızın bərpasıdır:

"Bu xalqlar öz tarix və mədəniyyətlərinə sahib çıxmalıdırlar. Bu gün onlara əl uzadan, dil uzadan, onları öz təsiri altında saxlamaq istəyənlər qarşısında öz güclərini ortaya qoymağı bacarmalıdır. Bu, savaş deyil, radikal yanaşma deyil. Bu, sadəcə olaraq, tarixə obyektiv yanaşmadır. Tariximizə təkcə başqaları yox, təəssüf ki, özümüz də obyektiv baxa bilməmişik. Düşünürəm ki, biz həm Azərbaycan tarixinə, həm ölkəmizdə yaşayan xalqların tarixinə, həm də dünyadakı türklərin tarixinə imkan daxilində daha gur işıq salmalıyıq".

S.Rüstəmxanlının Azərbaycan tarixinin öyrənilməsi və təbliği ilə bağlı fikirləri ilə daha ətraflı aşağıdakı videoda tanış ola bilərsiniz.



Xəbər 1247 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.01.2025  22:36 

Gəncədə piyadanı avtomobil vurub

15.01.2025  21:07 

Çimnaz Sultanova vəfat edib


BÜTÜN XƏBƏRLƏR +