“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq


06.03.2023  12:10 

Çayxana açmaq üçün 120-200 min manat lazımdır - Naxçıvanda





A+  A-

Naxçıvanda baş verən siyasi dəyişikliklərdən sonra çayxanalara qoyulan qadağalar ləğv olunsa da, yeni qaydalar bu cür obyektlərin açılmasını sadə vətəndaşlar üçün əlçatmaz edir. Burada yeni çayxana açamağın şərtlərindən biri də obyektin yerli hakimiyyətin tətbiq etdiyi yeni plana uyğun tikməkdir. Bu planın icrası isə, tkilinin həcmindən asılı olaraq, 120 minlə 200 min manat arası məbləğ tələb edir.

XəzərNews.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan“a çayxana açmaq sevdasına düşən sakinlər məlumat verib.

Naxçıvandakı çayxanalrın demək olar ki hamısı, 13 il öncə Ali Məclisin keçmiş sədri Vasif Talıbovun göstərişi ilə sökülmüşdü. O vaxtdan bəri hər rayonun mərkəzində cəmi bir çayxanaya icazə verilsə də, kəndlərdə tamamilə qadağan edilmişdi.

Çayxana açmaq fikrinə düşənlərdən bir də Kəngərli rayon sakini Sərxan Qurbanovdur. O deyir ki, yeni obyekt açmaq üçün rayon icra hakimiyyəti onlardan Avropa standartları tələb edir. Rayon sakini bildirir ki, bu standartları yaradıb, çayxananın açılmasına icəza almaq üçün tələb olunan vəsati indiyə kimi heç, yuxusunda da görməyib:

“Əvvəllər də çayxana işlətmişəm. O vaxt sökdülər, heç kompensasiya da vermədilər. Naxçıvandakı son dəyişikliklərdən sonra həvəslənib, yenidən çayxana açmaq həvəsinə düşdüm. İcra hakimiyyətindən icazə almağı tövsiyə etdilər. Orada qoyulan şərtlər bizim üçün fantastik olduğu üçün, vaz keçməli oldum. Deməli, çayxana açmaq istəyənlərə icra hakimiyyəti layihə təqdim edir. Obyektin sahəsi 120 kvadrat metrdən az olmalıdır. Proyekt hazırlanmalı, biznes plan tutulmalı və hər ikisi ya Naxçıvanda, ya da Bakıda aidiyyəti qurumlar tərəfindən təsdiq olunmalı. Hər şey Avropa standartlarına uyğunlaşdırlmalı, avadanlıqlar müasir standartlara uyğun olmalıdır. Bu avadanlıqlar Naxçıvandan deyil, yalnız Bakıdan alınmalıdır. Mütəxəssislərlə məsləhətləşmədən sonra proyektin ən azı 120 min manata başa gələcəyi bəlli olub. Bu səbəbdən o, çayxana açmaq sevdasından vaz keçdim“.

Çayxana açmaq istəyən Naxçıvan şəhər sakini Faiq Nəsirov da eyni problemlə üzləşdiyini deyir:

“Çayxana açmaq üçün icra hakimiyyəti layihə verir və ağır şərtləri var. Mənə təklif olunan layihəni başa gətirmək üçün 190 min manat pul lazım idi. Bu səbəbdən mən də imtina etdim. Əslində, Naxçıvanın bəzi yerlərində çayxanalar fəaliyyətə başlayıb. Lakin, onları işlədənlər yerli hakimiyyətə yaxın olan adamlardır. Bunlar hamısı görüntü üçündür. Kənar şəxslərə isə bilərəkdən elə qaydalar tətbiq edirlər ki, kimsə çayxana açmaq fikrinə düşməsin. Necə olur ki, özlərinə gələndə, layihə tələb olunmur?“

Xəbər 3080 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +