Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


02.03.2023  11:14 

Gerçək bir dini lider yetişməkdə idi...





A+  A-

Kənar müəlliflərin, qurumların redaksiyalara elektron poçt vasitəsilə yazı, press-reliz göndərməsi ənənəsi təzəcə başlamışdı. Odur ki, yazı göndərənlərin adlarını yadda saxlamaq, kimlikləri ilə maraqlanmaq asan idi.

Diqqətimi həmişə toplu mail-lə yazı göndərən bir QHT çəkmişdi. Mətnləri mənəvi- əxlaqi mövzularda olar və çox rahat dildə, məntiqli və savadlı tərtib olunardı.

Maraqlandıq, bir qrup tələbə və ali məktəbi yenicə bitrimiş gənclər idi.

Bir neçə il sonra dindar dostlarımın cümə günləri Məşədi Dadaş məscidinə, gənc bir imam camaatın etdiyi xütbələrə qulaq asmaq üçün tələsdiyinin şahidi olmuşam. Kimliyini soraqladım, həmin gənc QHT rəhbəri imiş, artıq həyat yolunu müəyyənləşdirmiş, tanınmış din xadiminə çevrilmişdi.

Sonra milli kimliyimizim biçimlənməsində İslamın rolu haqda olduqca mükəmməl bir müsahibəsi ilə tanış oldum. Demək ki, ilkin təəssüratlarım, zənnim məni aldatmamışdı.
Dini sahəyə milli -azərbaycançı hissləri olan biri gəlmişdi. İmanını müxtəlif elmi biliklərlə, vətən sevgisi ilə bütövləşdirən gerçək bir dini lider yetişməkdə idi.

Dini sahənin xarici ideoloji fabriklərin xomeyniçi, radikal sələfi, adnançı, gülənçi məhsulları ilə dolub -daşdığı, müxtəlif yeni dini cərəyanları seçən az qala bütün neofitlərin ənənəvi Azərbaycan İslamından getdiyi vaxt belə bir dini liderə o qədər ehtiyacımız vardı ki!!!

Hər dəfə Azərbaycan İslamını yad təsirlərdən xilas etmək haqda, "Azəri TOMOS"-u şərti adını verdiyimiz prosesdən yazanda , keçmişdə və indi təmasda olduğum fərqli instansiyalardan olan şəxslərlə qənaətlərimizi bölüşəndə ağla gələn cəmi 3-4 isimdən biri idi Hacı Şahin. Bilirəm ki, bu, yalnız bir nəfərin qənaətləri deyildi, ən fərqli səviyyələrdə bu cür qənaəti bölüşən yüzlərlə şəxs var.

Di gəl, hələ ki o qənaətlər deyil, ya adnançı, ya gülənçi, ya xomeyniçi, ya sələfi, ya da ateist mövqedən o isimlərə olmazın böhtan atanların mövqeyi güc gəlir.

Sağkən ünüvanına yazılanlar əksərən olduqca qərəzli, məntiqdən kənar idi.

Tənqidçilərindən biri hikkəylə Hacını "şəiliyə meyil etməkdə" də suçlamışdı. Guya şiə din xadimi daha nəyə meyil etməliymiş? İndi o tənqidçilər elə yanğıyla elegiya yazırlar ki...

Dönüb Məşədi Dadaş məscidindəki izdihama, sosial mediadakı reaksiyalara baxın. Həm də yaxşı baxın!. Azərbaycan dindarı budur, onu yad təsirlərdən çıxaracaq dini liderlərini də tanıyır. O kütləyə də, o kütləni ardınca apara biləcək şəxslərə də sahib çıxmaq lazımdır. İtirəndən sonra təəssüflənmək insani bir hissdir. Amma biz onları itirməyə də bilərik axı.

Ölümü haqda artıq müxtəlif ehtimallar səslənməyə başlayıb. Ola bilərmi? Təəssüf ki hə. Çünki azəri tomosunu istəməyən maraq dairələri, türk(iyəli)lər demiş, "iç ve dış mihraklar" yetərincə çoxsaylı, çoxşaxəlidir...

Cəmaləddin Quliyev

Xəbər 1046 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +