Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


27.02.2023  13:49 

Ermənistanın “üçlü regional format” hədəfi





A+  A-

İrəvan Gürcüstanı da müxtəlif layihələrlə İranla əməkdaşlığa cəlb etmək istəyir

Ermənistan hökumətinin fəaliyyət planında 2023-cü ildə İran və Gürcüstanla əlaqələrin ən müxtəlif istiqamətlər üzrə genişləndirilməsi, ortaq layihələrin gerçəkləşdirilməsi və bu layihələrin “xalq diplomatiyası” elementləri ilə zənginləşdirilməsi prioritet vəzifə kimi nəzərdə tutulub.

Ortaq layihələrlə bağlı əlaqələndiricilik missiyası Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə həvalə olunub.

Qeyd edim ki, bu qəbildən olan layihələrə Soros Fondu, NED (National Endowment Democracy – Demokratiyanı Müdafiə Fondi), Fransanın müvafiq institutlarının maliyyə dəstəyinin nəzərdə tutulduğu barədə məlumatlar olsa da, onların adları, çox güman ki, İran rejiminin ifşa olunmaması üçün hallandırılmır.

Maraqlı məqamlardan biri sözügedən layihələr çərçivəsində gerçəkləşəcək səfərlərin uzunmüddətli olmasıdır. Məsələn, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinin dəstəyi və Henrik İgityan Milli İncəsənət Mərkəzinin koordinatorluğu ilə yaxın zamanlarda gerçəkləşdirilməsi nəzərdə tutulan layihələrdən birində İran və Gürcüstandan olan rəssamların Ermənistana 20 günlük səfəri nəzərdə tutulub.

“Mədəniyyətlərin kəsişməsi” adlanan layihədə iştirak edəcək şəxslər 10 gün İrəvanda, 10 gün isə Azərbaycanla sərhəddə, o cümlədən Zəngəzur dəhlizinin keçdiyi ərazilərdə olacaq, “ictimaiyyət nümayəndələri” ilə müxtəlif görüşlər keçirəcəklər.

Layihənin il ərzində davamlı olaraq gerçəkləşdirilməsi, qısa fasilələrlə İran və Gürcüstandan ədəbiyyat, musiqi, teatr, rəqs, idman, elm, təhsil və digər sahələrdə çalışan şəxslərin Ermənistana 20 günlük səfərlərinin təşkil edilməsi nəzərdə tutulub.
Səyahət, yaşayış, yemək, ölkədaxili nəqliyyat xərclərini Ermənistan tərəfi ödəyir, bundan başqa layihə çərçivəsində hər iştirakçıya 250 ABŞ dolları civarında “cib xərcliyi” də (60 nəfər × 250$ = 15 000$) veriləcək. Bir layihənin həyata keçirilməsi üçün təxminən 300 000 ABŞ dolları civarında vəsaitin ayrıldığını və il ərzində ən azı 7 layihənin həyata keçiriləcəyini nəzərə alsaq, bu, 2,1 milyon ABŞ dolları edir. Aydındır ki, Ermənistanın İran və Gürcüstandan olan və müxtəlif sahələrdə çalışan şəxslərin səfərlərinə bu qədər vəsait xərcləmək imkanı yoxdur. Bu baxımdan, layihlərə Soros Fondu, NED və digər bu kimi təsisatların maliyyə dəstəyi verməcəyi barədə məlumatlar, kifayət qədər inandırıcı görünür.

Qənaətimə görə, sözügedən layihələrlə bağlı nəzərə alınması vacib olan bir sıra məqamlar var. Molla rejimi ilə bağlı məsələ aydındır. Rejim Azərbaycana düşmən münasibətdədir və əleyhimizə olan bütün proseslərdə iştirak etməyi zəruri sayır. Bizim üçün prioritet olan layihələrin Gürcüstanla bağlı olan hisəsidir. Çox güman ki, layihə təşkilatçıları Gürcüstanda yaşayan soydaşlarımızı da bu prosesə cəlb etməyə çalışacaqlar və İran da istisnasız olaraq, buna dəstək verəcək. Onu da, həm də təəssüflə bildirim ki, Gürcüstanda yaşayan, ədəbiyyatla, təsviri incəsənətlə və digər bu kimi sahələrlə məşğul olan soydaşlarımızın arasında molla rejiminin təsiri altında olanların sayı az deyil. Bu səbəbdən, ən azı sözügedən layihələrdə iştirak edəcək şəxslərin əhatə dairəsini diqqətdə saxlamağın zəruri olduğunu düşünürəm.

Həmçinin hesab edirəm ki, Azərbaycan ədəbiyyat, musiqi, teatr, rəqs, idman, elm, təhsil və digər sahələrdə regional layihələrin həyata keçirilməsi prosesində təşəbbüsü öz əlinə almalıdır.

Elçin Mirzəbəyli

Xəbər 835 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +