Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


16.02.2023  14:00 

Məddah, müftəxor, vecsiz və riyakar alimlər təşviş içində...





A+  A-

Rüşvətxor, büdcəgir, cibgir, işbaz, möhtəkir, alıb-aldadan, məddah, müftəxor, vecsiz və riyakar alimlər təşviş içindədirlər.

Professor Sətəlcəm Soyuqqanlızadə: “Akademiya bağlansa, tifaqımız dağılacaq, Səltənət! Yenə maxinasiyalar edib pis qazanmırıq. Başqa yerdə 1000 manatlıq iş var e, özüm getmirəm. Akademiyanın 500 manatına qurban olum. Zato il ərzində minimum 100 min manat müftə-müsəlləh qazanıram. Heç olmayanda ayım 2 minə çıxır. Qrantları hələ demirəm. Səltənət, bilirsənmi, akademiyada işləməyin bir çox dadlı məqamları nədir? O ki dövlətə çəkinmədən: "Gözümüzün nurunu tökməyimizin müqabilində dövlət bizə nə maaş verir?!" deyib minnət qoyursan e, adamın eyni açılır.

Ay qız, elə edirsən ki, dövlət xəcalətindən başını qaldırıb üzünə baxammır eey. Hərdən ərim deyir: "Sətəlcəm, vicdanın olsun, o qədər də etmə! Birdən dövlət ayılar, düşər üstümüzə ki, bu qədər pulu, mülkü haradan almısınız, ay "kasıb" alimlər? Təkcə yeznəyə aldığımız 150 minlik maşın və 298 minlik təzə həyət evini təftiş etsələr, qanımız gedər".

Ay qız, kişidir deyir də. Kimdir ona fikir verən? Heç vecimə də almıram. Kişi qarışıq, nəsil-nəcabətimi də alim qayırıb mindirmişəm bu dövlətin və avam xalqın başına. Bütün elm və təhsil müəssisələrində izim var. Lap yaxşı eləyirəm. Hələ 3 nəvəmi də doktor etdirməyə hazırlaşıram. Pul töküb onları magistraturaya qəbul elətdirənə qədər abırım gedib. Hə, bacı, bacarana baş qurban. Başqaları ayı kəsib yeyir, 2 milyonluq saatı xaricdə oğurladır, deputat 100 milyonları bada verir, akademik pula pul demir. Dəyən yox, toxunan yox. Bəs nə olmalıdır ki?! Ona görə də, boş ver, sökməyində ol!

Ortada da 999 əsərim var, nə olsun ki, hamısı saxta və üzündən köçürmədir. Hamı elə edir də. Məgər dəliyəm ki, gözümün nurunu tökəm? Guya 40 doktor yetişdirmişəm (!!!).

Vallah, akademik Kəmsavadsoy necə yetişdirbsə, mən də elə yetişdirmişəm. Mənə irad tutub birini deyərələr, mən də beşini deyərəm. Zato, göstəricidir də 999 əsər, 40 yetirmə, xaricdə əsər, simpozium, konfran, skorpus... Kimdir onların məzmununa baxan? Heç kəs mənə irad tuta bilməz. Akademiklər edəndə yaxşı olur, mən edəndə pis?

Xaricdə də 129 əsərim çap olunub. Ay qız, məscidin qapısı haqqı, o xaricdəki tuxta əsərlərə düz 131 min manat xərcim çıxıb.

Nə edim, hamı aldadır xalqı, mən də aldatmalıyam ki, irəli gedəm də. Azərbaycanda irəli getməyin başqa yolu var ki?!. Mütləq xalqa xəyanət etməlisən, büdcədən oğurlamalısan və s. Yalan, fırıldaq, riyakarlıq, yaltaqlıq,rüşvət, korrupsiya, saxta alimlik, super saxta akademiklik və s. normadır. Bu keyfiyyətlərin, poçti, 97 faizi məndə var. Hə, Səltənət bacı, öz aramızdır, gopdur edirik də. 40 yetişdirmə! Yox bir parnik xiyarı! Adını yazırlar saxta-saxta dissertasiyaların üstünə, olursan yetişdirməçi! Kimdir o saxta dissertasiyalara tüpürən? Xanhüseynin canına and olsun (nəvəsinin adıdır), AAK-da eləcə yüzlərlə montaj işlərə alimlik dərəcəsi veriblər. Pu varsa, tək ölümə çarə yoxdur.

Rüşvətin şıdırğı vaxtında o doktorluq işlərinin 37-sin tək özüm düz-qoş etmişəm . Hamısı diplom işlərinin montajından və təkrardan ibarətdir.

"Yetişdirmələr"im də kasıb olmayıblar. 10 min demişəm, 15 min veriblər. "Qa" demişəm qa, "qu" demişəm qu.

Keçən həftə 250 minə novostroykadan 5 otaqlı mənzil aldım. Akademiya belə bərəkətli və yeyimcillər "ölkə"sidir. Qurban olum, akademiyaya! Düzdür,iİndiyədək səsimi çıxarmamışam, başımı salıb aşağı xımır-xımır yemişəm. And olsun Müqəddəs Qapıya (akademiyanın giriş qapısını nəzərdə tutur), akademiyanı bağlamaq söhbəti ortaya düşsə, elə havar təpərəm ki, dünya-aləm qarışar. Tayfamda tək özümün dərəcələndirdiyi düz 41 fəlsəfə və elmlər doktoru, dosent, professor var. Hələ o biri qohumlarımı, dostlarımı demirəm. Hamısını qaldıraram ayağa, heç kəsin gücü çatmaz bizə. Mənə də professor Sətəlcəm Soyuqqanlızadə deyərlər. O gün Bozdar İsi mənə bir təşəxxüs satdığı üçün şillələyib öldürürdüm koridorda, pulofessor Səyka Səlami və dosent Çəmxəm Lopuxzadə zorla əlimdən aldılar onu...

İndi 1000-1500 manatlıq maaşa başqa işə getsəm, eşşək kimi işlədib it yerinə də qoymazlar. Axı elə savadım da yoxdur ki, baş çıxaram. Dadandırıblar müftə yeməyə və əylənməyə. Qurban olum bizi qoynunda bəsləyən, tüfeyli cüssəmizi ağuşuna alan milli akademiyamıza! Ana balasına belə ağuş açmaz. Akademiya bağlansa, inan ki, bağrım çatlayar, Səltənət! Belə yer haradan taparam?!"

İdris Abbasov
Professor


Xəbər 624 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +