Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


10.02.2023  10:32 

Azərbaycanlı jurnalist xanım intihar anonsu verdi





A+  A-

AzərTac-ın keçmiş rəhbəri Aslan Aslanovla məhkəmə çəkişməsində olan jurnalist Aygün Əliyeva intihar anonsu verib.

XəzərNews.az xəbər verir ki, AzərTac-ın sabiq rəhbəri Aslan Aslanov tərəfindən əsassız olaraq işdən çıxarılan Aygün Əliyeva yazıb:

"Bu, sonuncu postumdur. Bu gecə mənimçün hər şey bitəcək. Amma əvvəlcə deyəcəm. Üstəgəl bu, cənab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq müraciətimdir. Bir də belə haqsızlıqlar yaşanmasın deyə.

Mən iki ildən çoxdur Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC və onun keçmiş rəhbəri Aslan Aslanovla hüquq çərçivəsində mübarizə aparırırdım.

Ötən il Ali Məhkəmədə olan işim heç gözləmədiyim halda heç bir təzyiqə baxmadan əleyhimdə olan qərarları ləğv edib işi Apelyasiya Məhkəməsinə göndərmişdi və biz işi Apelyasiya Məhkəməsində udduq.

Qalibiyyətimizdən az sonra cənab Prezident İlham Əliyev Aslan Aslanovu işdən azad etdi və onun mənə etdiyi şəxsi haqsızlıq daxil bütün paxırlarının üstü açıldı. Aslanov və oğlu Tural Aslanovun məndən aylıq “dolya” istəmələri, sonra Prezident Administrasiyasının adı ilə hədələməsini də bu qanunsuzluqların üstünə əlavə etmək olardı.

AZƏRTAC-a yeni rəhbərlik gəldi. Mənim də yaxşı tanıdığım Vüqar Əliyev. Az sonra məlum oldu ki, Aslan Aslanov getmədən qabaq yenidən Ali Məhkəməyə müraciət edərək Apelyasiya Məhkəməsinin qərarını ləğv etməyi xahiş edib.

Bir gün mənə Vüqar Əliyev zəng edib “gəl barışıq edək, mən sənə təzminat vermirəm, işinə də bərpa etmirəm, ancaq sənə verilən haqsız maddəni ləğv edim, sən də get iş tap” deyəndə “axı mən haqlıyam, sən də bilirsən, niyə mənə bu cür barışığı təklif edirsən?” soruşdum. Cavab bu oldu ki, “sən haqlısan davanda, Aslan haqqa girib. Amma mən də onun etdiyinə görə cavab verməli deyiləm, təzminatı da ödəyə bilmərəm, çünki xərcləməli başqa yerlər var” oldu.

Mənimsə cavabım bu oldu: Mən ölkəmin prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə inanıram. Onlar bir dəfə səhv hesab edib geri qaytardıqları və bu dəfə düz qərar çıxaran Apelyasiya Məhkəməsinin qərarını ləğv etməyəcəklər.

Amma sən saydığını say. Ali Məhkəmə absurdluğa imza atdı. Ötən il Apelyasiya Məhkəməsinon məni haqsız çıxaran qərarını ləğv edib geri qaytarır. Yenidən keçirilən Apelyasiya Məhləməsi bu dəfə işi dərindən araşdıraraq (əvvəlkisi 5 dəqiqəyə qərar vermişdi dinləmədən) 19 bənd üzrə mənı haqlı bilir. Amma Ali Məhkəmə bu qərarı da səhv hesab edib işi yenidən Apelyasiya Məhkəməsinə göndərir. Sual olunur: bəs hansı qərarı gözləyirsiz, cənab hakim Aqil Abbasov? Üçüncü nə ola bilər?

AZƏRTAC-ın yeni rəhbərliyi sırf uduzub mənə o təzminatı verməsin deyə Ali Məhkəməyə təzyiq edərək məni yenidən uduzdurdular. Dövlətin milyonlarını yeyən Aslan Aslanov getdi, Vüqar Əliyev gəldi, amma dəyişən heç nə olmadı. Haqsızlıq davam edir.

Qarşı tərəfin vəkili, guya əməkçi hüquqlarının müdafiəçisi Mayis Eliyev də ailəm, qadınlıq şərəfimdən başlayaraq əlində olmayan dəlillərə görə bu dövrdə hər məhkəmədə ancaq şərəfimi ləkələməklə məşğul olub. Üstəgəl Aslan Aspanovun bütün kirli maxinasiyalarında hüquqi xidmət göstərib və bunu öz dili ilə boynuna alıb. Vüqar Əliyevin məhkəməyə təzyiqini də təsdiqlədi. Hamısı sübutludur.

Mənim artıq yaşamağa səbəbim yoxdur. Ana olmaq kifayət deyil, uşaqlarına baxa biləcək ana olmaq lazımdır. Üstəgəl, mənim inamım itib. Yoxdur daha. İnamsız yaşamaq olmur.

Mənə bilirsiz nə dedilər? Sən dövlətlə dalaşıb udacaqdın ki? Yox, mən dövlətlə dalaşmırdım. Mən dövlətin mənim haqqımı bərpa etməsi üçün ali hüquq vasitəsilə haqqımı axtarırdım. Tapdım da. Amma dedilər ki, elə deyil. Aslanovun başladığı bu haqsızlığı davam edəcəyik, çünki o, dövlət adından dalaşıb.

Mən bu haqsız maddəyə görə iş tapa bilmirəm. Çünki yenə dövlət bu yazılmamış qaydanı qoyub. Bilməyəcəm də. Yaşamıma son vermək qərarı aldım. Bunun günahkarı AZƏRTAC-ın rəhbərliyi, onların sözü ilə haqsız qərar verən Ali Məhkəmə sədri və hakimlərdir. Haqqınızı halal edin".

Xəbər 608 dəfə oxunub.




01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +