Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


02.02.2023  14:21 

“Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi” – Lavrov





A+  A-

“Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı”.

XəzərNews.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Lavrov Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etdiyini vurğulayıb.

“Azərbaycan ərazilərini geri qaytardı”, – Rusiya XİN rəhbəri əlavə edib.

Lavrov KTMT missiyasının Ermənistanın Azərbaycanla sərhəd hissəsində yerləşdirilməsi məsələsinə də toxunub:

“Ermənistan və Azərbaycan Qafqazda vəziyyətin stabilləşdirilməsi yollarını axtarmağa davam edərkən KTMT kömək etməyə hazırdır. Ötən ilin sentyabrında toqquşma zamanı hər iki tərəfdən 300-ə yaxın insan həlak olmuşdu. Biz Ermənistanın xahişini aldıq. KTMT-nin Baş katibi xüsusi ekspertlər missiyası ilə Ermənistan-Azərbaycan sərhədinə getdi və KTMT missiyasının Ermənistanın Azərbaycanla sərhəd hissəsində yerləşdirilməsi planını gətirdi. Bu plan kifayət qədər çoxdan hazır idi. Lakin Ermənistan tərəfi bizi tələsdirmədi və yekunda İrəvanda sammitdə biz müvafiq qərarla bunu bitirdik”.

Amma Lavrov Ermənistanın bu qərarda Azərbaycanın qəti şəkildə qınanılmasını şərt kimi qoyduğunu və KTMT ölkələrinin buna razı olmadıqlarını xatırladıb.

“Ona görə yox ki, kimisə himayə edək, kiməsə dəstək olmayaq. Sadəcə Qarabağ müharibəsinin tarixi onilliklərlə dərinə gedir. Uzun illər Ermənistan Azərbaycanın yeddi rayonunu işğal etmişdi. Sonra Rusiya çoxsaylı variantlar təklif etmişdi ki, əvvəlki Ermənistan rəhbərliyi bunu çox müsbət qarşılamamışdı, həmin əraziləri, hansı ki, onlar heç vaxt iddia etmirdilər, əllərində saxlamağı arzulayırdılar. Bəli, Azərbaycan ona məxsus torpaqları geri qaytardı”, – Lavrov vurğulayıb.

Lavrov Ermənistan və Azərbaycanın Avropa İttifaqı ilə birlikdə sülh müqaviləsini bağlamağa hazır olduqları haqqında sənədi imzaladıqlarını və həmin sənəddə sülh müqaviləsinin 1991-ci ilin Almatı Bəyannaməsinin şərtləri əsasında imzalanacağını xatırladıb:

“Bizə hətta gələcək addımları müəyyənləşdirmək çətindir. Çünki Almatı Bəyannaməsində deyilir ki, yeni dövlətlər arasındakı sərhədlər Sovet İttifaqına daxil olan Sovet Respublikalarının inzibati sərhədləri olacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti isə Azərbaycan Sovet Respublikasının tərkibində olub. Ona görə də, burada vəziyyət çoxqatlıdır. KTMT-nin bu sadə olmayan vəziyyətdə sülhməramlı missiyasının yerləşdirilməsi planını hazırlaması faktı, düşünürəm ki, çox vacib nailiyyətdir. Bu təklif hələ də masa üzərindədir. Əgər bizim ermənistanlı müttəfiqlərimiz, dostlarımız əvvəlki kimi bunda maraqlıdırlarsa, bunu (KTMT sülhməramlı missiyasını-red.) bir-iki gün ərzində yerləşdirmək olar”./azpost.info

Xəbər 569 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +