Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


31.01.2023  12:17 

Sahil Babayev “TROL ORDUSU” saxlayır?





A+  A-

Bu gün ölkədə adi vətəndaşdan tutmuş yüksək vəzifəli şəxslərə qədər hər kəsin ən çox tənqid etdiyi və narazı qaldığı qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bu quruma Sahil Babayev rəhbər gətiriləndən onun fəaliyyətini ancaq nazirliyin saxladığı troll ordusu tərifləyir.

Sahil Babayev bu ölkənin olduqca həssas bir qurumuna, ictimaiyyətin birbaşa diqqətində olan nazirliyinə rəhbərlik edir. Bu, onun hamıdan daha diqqətli və məsuliyyətli olmasını vacib qılır. Amma nazir gücü işini məsuliyyətlə görməyə deyil, onun fəaliyyətini sosial şəbəkələrdə yeri gəldi gəlmədi tərifləməyə yönləndirilmiş troll ordusuna verib.

ƏƏSMN-nin rəsmi sosail şəbəkə hesablarında paylaşımlarını gözləşən konkret profillər var ki, onlar heç paylaşımın nədən ibarət olduğunu bilmədən “bəyən”ir, şərh yazırlar. Görünür, nazir öz fəaliyyətini təriflətmək üçün bu şəxslərə milyonlar xərcləyir.
Günlərlə, aylarla nazirliyin qapısını pensiyası, əllilik təqaüdü problemi yaşayan insanlar kəsdirir. Ancaq böyük ehtimalla, Sahil Babayev trollara tapşırıq verməkdən şikayətçiləri qəbulu ilə məşğul ola bilmir. Nazir bu muzdlu trol ordusuna xərclədiyi pulları qazilərin probleminə, pensiyalara yönləndirmiş olsaydı nə Sahil Babayev özü, nə də nazirliyin fəaliyyəti bu qədər tənqid olunmazdı.

Mövzu ilə bağlı Tribunainfo.az-a danışan AĞ partiyanın rəhbəri Tural Abbaslı bildirib ki, bu gün əgər rəy sorğusu keçirsə, aydın olarcaq ki, Azərbaycan əhalisinin ən çox narazı olduğu, fəaliyyətini bəyənmədiyi nazirlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Çünki bir çox haqlı, əlilliyi olan, əlilliyi haqq edənlərin əlillikləri ləğv olunub, təqaüdçülərin təqaüdləri ləğv olunub:

“Birçox əlillərə, qazilərə qazilik verilmir, əlillik verilmir. Qrupların verilməsində süni problemlər yaradılır.

Nazirliyin hesabatı da budur ki, biz il ərzində büdcə vəsaitlərindən bir neçə milyon manat qənaət etmişik. Amma bu adamlar düşünmür ki, büdcə vəsaitlərinə qənaət etmək üçün yox, əhalinin vəziyyətinin yaxşılaşdırılması, sosial durumunun yaxşılaşdırılması üçün çalışmaq lazımdır. Ona görə də onların yeganə fikirləri büdcə, büdcədə vəsait saxlamaqdır.

Bu gün Sahil müəllim hələlik özünün təbliğatı ilə məşğuldur, bunun üçün pul ayırır, ancaq özünü təbliğ edir. Görünən odur ki, Sahil Babayev özünün yaxşı işlədiyini göstərməyə çalışır. Ancaq fakt ortadadır. Bu qədər narazılıq var və bu narazı kütlə hər gün daha da artır”.

Partiya sədri qeyd edib ki, Sahil müəllim bu narazılıqları eşidib nazirliyin fəaliyyətini bu istiqamətdə yönəltsə, daha faydalı olar./Tribunainfo.az

Xəbər 481 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +