Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


25.01.2023  17:32 

“Azərbaycanda yaltaq jurnalistika dövrünün tarixin zibilliyinə atılmasına nail olacağıq”





A+  A-

Bu gün "Yenisabah.az” xəbər portalının 4 yaşı tamam olur. Sayt 2019-cu ilin 25 yanvar tarixində yaradılıb. Yarandığı gündən etibarən "Yenisabah.az” saytı ölkədə baş verən siyasi, ictimai, sosial, iqtisadi və həyatın digər sahələrini əhatə edən mövzularda xəbərlər yayır.

XəzərNews.az xəbər verir ki, saytın baş redaktoru Seymur Verdizadə AZXEBER.COM-a müsahibəsində 4 illik fəaliyyətləri haqda danışıb. Həmçinin saytın uğurları və qarşıya qoyulan məqsədlərlə bağlı məlumat verib.

- Saytın yaradılması və ilk vaxtlardakı çətinlikləriniz haqda danışardınız...

- "Yenisabah.az” saytı 4 il əvvəl yanvar ayının 25-də yaranıb. Təsisçisi və ilk baş redaktoru Elnur Məmmədli olub. O, bu saytı özü yaradıb, həmin vaxt 20 ilə yaxın təcrübəsi var idi. Mənim "Yenisabah.az”a gəlişim isə 3 il əvvələ təsadüf edib, mən gələndə artıq saytın 1 yaşı var idi. Amma bir yaşlı uşaq kimi iməkləmirdi, ilk addımlarını atmırdı, kifayət qədər tanınırdı, auditoriyası var idi. Mən hazırda 3 ildir ki, baş redaktor kimi fəaliyyət göstərirəm. Elnur Məmmədlinin də, mənim də, kollektivimizin də bacardığı iş yazmaqdır. Mənim üçün hansısa saytda rəhbərlik etmək çətin olmadı.

- 4 illik fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- 4 il uzun zaman deyil. Azərbaycanda yüzlərlə sayt var, kəskin rəqabət mühiti var. Bizdən öndə xeyli adamlar var, bizdən arxada da olanlar var. Biz böyüklüyündən, kiçikliyindən asılı olmayaraq güclülərdən qorxmadıq, zəifləri də aşağılamadıq. Hamını özümüzə rəqib gördük, sağlam rəqabət mühitində də öz mövcudluğumuzu davam etdirdik.

- Hazırda mətbuatda hansı çətinliklər var?

- Azərbaycanda xəbər mənbələrinə çıxışla bağlı problemlər var. Dövlət qurumlarının mətbuatla işləyən şəxslərinin bir çoxları qeyri-peşəkardır. Biz nazirin məzuniyyətdə, yoxsa ezamiyyətdə olduğunu dəqiqləşdirmək üçün bəzən 3 gün vaxt sərf etməli oluruq. Mətbuat üçün o qədər də münbit olmayan belə bir mühitdə doğulmaq, böyümək, inkişaf etmək çətindir. Amma eyni mühit bizdən qabaqda olan, bizi üstələyən həmkarlarımız üçün də xarakterikdir. Yəni, hamımız eyni okeanda üzürük. Nəfəsimiz nə qədər varsa, üzəcəyik. Çünki biz jurnalistik, bizim həyatda bacardığımız bir iş var, o da yazmaqdır. İndi bunu yaxşı bacarırıq, yoxsa pis, buna oxucular qərar verir. Ümid edirik ki, biz birlikdə Azərbaycan mediasının daha da inkişaf etməsinə nail olacağıq. Birlikdə Azərbaycan mediasının məmurlardan asılılığına son qoyacağıq. Azərbaycanda yaltaq jurnalistika dövrünün tarixin zibilliyinə atılmasına nail olacağıq. Biz Azərbaycan jurnalistinin gözünün heç kimin əlində və cibində olmasını istəmirik. Biz istəyirik ki, Azərbaycan jurnalisti öz zəhmətinin çörəyini yesin. Türkiyədə, digər ölkələrdə jurnalistlər necə yaxşı yaşayırsa, Azərbaycan jurnalistləri də o cür yaşasın. Azərbaycan jurnalisti nazirə, deputata yaltaqlanmasın. Nazir, deputat Azərbaycan jurnalistinə çay içmək üçün, fikir mübadiləsi aparmaq üçün xahiş etsin. Düzdür, son illər bu durumlar azalıb. Bizim də məqsədimiz odur ki, sizinlə, digər həmkarlarla birlikdə Azərbaycan mətbuatında, media camiəsində sağlam ab-havanın yaranması prosesində iştirak edirik.

- Medianın İnkişafı Agentliyi sizə maliyyə yardımı ayırır, bu sizin daha da inkişafınıza təsir edirmi?

- Biz gənc sayt sayılırıq. Medianın İnkişafı Agentliyindən ayrılan vəsaitdən biz maksimum səmərəli istifadə etməyə çalışırıq. Yeni əməkdaşlar götürmüşük. Redaksiyamızın maddi-texniki bazasının gücləndirilməsinin qeydinə qalırıq. Çünki jurnalist dizinin üstündə yazı yazmamalıdır. Redaksiyada şərait olmalıdır. Jurnalistin əmək şəraiti və əmək haqqı yüksək olmalıdır. Biz də Agentliyin ayırdığı vəsaiti bu problemlərin həllinə sərf edirik. Hesab edirəm ki, infilyasiyanı nəzərə alaraq bu məbləğin artırılmasına ehtiyac var. Agentliyin daxili maddi imkanlarını bilmirəm, amma təklif edirəm ki, növbəti ikinci yarım illikdən, yaxud növbəti ildən bu məbləğ heç olmasa, 5 min manata qaldırılsın. Çünki hər bir saytın buna ehtiyacı var. Reklam bazarı zəif olduğuna görə, reklam bazarına çıxış imkanlarımız məhdud olduğuna görə, bizim Agentliyin dəstəyinə ehtiyacımız var. Ona görə də bu məbləğin artırılmasını arzu edirəm və əminəm ki, bu da ümumi porsesə təsir edəcək. Eyni zamanda Agentlik ayırdığı vəsaitin təyinatı üzrə xərclənilməsinə nəzarət etsin. Azərbaycanda belə olub ki, baş redaktorlar bahalı maşınlarda gəzib, sıravi jurnalistlər, qəzetin, saytın yükün daşıyanlar isə metroya minməyə pul tapmayıblar. Ona görə də, ayırılan pula nəzarət etmək lazımdır.

Sonda "Yenisabah.az”ın bütün oxucularına, bizi izləyənlərə, qiymət verənlərə təşəkkür edirəm. Təbrik edənlərə də öz təşəkkürümü bildirirəm.

Xəbər 1227 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +