Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


25.01.2023  16:22 

Talıbovlar - Uçar biznesində yeni detallar...





A+  A-

Türkiyəli biznesmen Emin Uçar Azərbaycanın Naxçıvan eksklavında sərvət qazanıb. Yeni sənədlər və müsahibələr onun Naxçıvanı 27 il idarə etmiş Vasif Talıbovun ailəsinə bağlılığını, onun əlaltısı olduğunu üzə çıxarıb.

Araşdırmanı Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsi (OCCRP) yayıb.

Araşdırmaya görə, Türkiyə vətəndaşı Uçar son illər Gürcüstanda 270 milyon dollarlıq biznes və mülkiyyət imperiyası qurub. Onun şirkətinin Fransanın “Accor” şirkətilə birgə idarə etdiyi üç otel də bu sıradadır.

“Accor” əlaqələrə yenidən baxır

OCCRP Uçarın Vasif Talıbov və ailəsini təmsil etdiyini, onun şirkətlərinin Talıbov ailəsinə bağlı böyük holdinqlərlə açıq əlaqələri olduğunu qeyd edir. Uçarın vəkilləri onun sərvətini istiqrazlardan qazandığını desələr də, biznesmenin idarə etdiyi şirkətlər Azərbaycanda dövlət kontraktları əldə edib.

Araşdırmada deyilir ki, Gürcüstanın paytaxtı Tiflisdə opera binası yaxınlığındakı “Dinehall” restoranı, Fransanın “Accor” şirkəti ilə birlikdə tikilən beşulduzlu otel Uçarın biznes imperiyasına daxildir. “Accor”dan OCCRP-yə bildirilib ki, Uçarın Talıbovlarla iddia olunan münasibətləri fonunda Uçarla əlaqələrə yenidən baxılır.

Dövlət kontraktları

OCCRP hələ 2022-ci ilin fevralında Uçarın Talıbov ailəsinə bağlarını aşkarlayıb. Jurnalistlər Talıbovun illik 26 min dollar məvacib almasına baxmayaraq, hakimiyyəti dövründə sərvət yığdığını üzə çıxarıblar.

Araşdırmaçı jurnalistlər indi isə Talıbovun holdinqlərinin çoxunun Uçarın şirkətləri tərəfindən maskalandığını ortaya qoyublar. Azərbaycanda “Gəmiqaya”, Gürcüstanda “Maqro Group” kimi şirkətlərin daxil olduğu şəbəkə 2000-ci illərin əvvəllərindən Azərbaycanda onlarla dövlət kontraktı əldə edib.

Hazırda “Gəmiqaya”nın sahibliyi məsələsi qaranlıq qalır. Talıbov istefa verəndən bir həftə sonra “Gəmiqaya”nın adı dəyişdirilərək “Arkoz” olub. Bu isə Uçara bağlı başqa bir şirkətin adıdır.

İnsan haqları təşkilatları Talıbovların “Gəmiqaya”nı idarə etdiyini desələr də, bu informasiya açıq olmadığından onu təsdiqlətmək çətindir. Ancaq şirkətin keçmiş işçisi OCCRP-yə deyib ki, Uçar göstərişləri Talıbovlardan alırdı.

Ziddiyyətli açıqlamalar

Uçarın Gürcüstanda Talıbovun oğlu Rzanın adından əmlak alması, onların şirkətlərə birgə sahibliyinə dair sənədlər aşkarlanıb.

Rza Talıbov suallara cavab verməyib. Ancaq Uçarın şirkəti “Maqro”nun və Talıbovu kiçik oğlu Seymurun vəkilləri Uçarla bu ailənin biznes əlaqələri haqda ziddiyyətli açıqlamalar səsləndiriblər.

Seymurun vəkili deyib ki, Rza Talıbov və Uçar “Naxçıvanda “Gəmiqaya” adını daşıyan müxtəlif şirkətlərin həmtəsisçiləridir”. Maqro və Uçarın vəkili isə bildirib ki, onlar “iddianı birmənalı təkzib edirlər”.

Uçarın vəkili onun “nə keçmişdə, nə də indi özündən başqa kimsənin biznesi üçün” saxta təmsilçilik etdiyini, həmişə qanuni davrandığını bildirib. O, biznesmenin investisiyasının banklardan gələn faizlərdən qaynaqlandığını vurğulayıb.

Ancaq OCCRP Rza Talıbovun Uçara 2012-ci ilin fevralında bir ay müddətinə verdiyi etibarnamənin fotosunu yayıb. Talıbov biznesmenə Gürcüstanın Batumi şəhərində onun adına mülk almağı etibar edib. Həmin ilin iyunundan isə Rza Uçara bu dəfə iki ay müddətinə etibarnamə verir. Bu dəfə tarixi binaya bitişik 1.2 milyon dollarlıq mülk alınır, Uçar təmsilçi kimi satış sənədlərini imzalayır.

“Maqro”dan OCCRP-yə deyilib ki, o zaman Rza Talıbovla Uçar biznes ortağı idilər və belə məsələlərdə bir ortağın digərindən kömək istəməsi tamamilə təbiidir.

İki il sonra, 2014-cü ildə Rzanın aldığı binalarda “Divan Suites Batumi” beşulduzlu oteli açılıb. O zaman Rza Talıbov “Gəmiqaya Holdinq”in sədri kimi mərasimdə qırmızı lenti kəsib.

Talibov istefa verdiyi ərəfədə isə Rza “Divan Suites” otelini 18 milyon dollara satışa çıxarıb.

Bir il öncə OCCRP-nin açıqladığı hesabatda deyilirdi ki, Rza və Seymur Talıbov qardaşları “Credit Suisse”, “Barclays” və digər xarici banklarda müxtəlif hesablar açaraq, atalarının avtoritar hakimiyyəti altında Naxçıvan əhalisinin əziyyət çəkdiyi bir dönəmdə şübhəli pul köçürmələri vasitəsilə 20 milyon dollardan çox pul qazanıblar./Axar.az

Xəbər 965 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +