Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


22.01.2023  12:01 

Zavallı kəndlini söymək yox, hədiqətləri söyləmək lazımdır...





A+  A-

Bəhram Bağırzadənin ifadə tərzi qüsurlu idi. Həmin fikri işlədəndə daha korrekt sözlər seçməliydi. Fikrinin yanlış anlaşılacağını, milyonlarla insanın ondan narazı qalacağını nəzərə almalıydı. Başına gələn başmaqçı olar. Dünən yenə danışdı. Amma bu dəfə səhv eləmədi, əksinə, əvvəlki səhvini düzəltdi...

Bu balaca ölkədə insanları qruplara bölmək, şəhərli-rayonlu davası eləmək bizə yaraşmaz. Dörd bir tərəfdən düşmənin əhatəsindəyik. İndi yumruq kimi bir olmaq vaxtıdır. Deyirlər, yüz acını bir şirinin xatirinə udmaq lazımdır. Balalarımızın xoşbəxt gələcəyi üçün yüz yox, min acını da udmağa hazır olmalıyıq.

Aparıcı Rövşanə Ağasəfqızı da mövzuda danışıb. Deyib ki, insanlar rayondan Bakıya xadimə, dayə işləmək üçün gəlirlrər. Rövşanə xanımın fikirləri də tənqid olunur. Amma pis söz deməyib. Arzu edir ki, insanlar rayondan Bakıya dayə işləməyə yox, mədəniyyətimizə dəyər qatmağa gəlsinlər. Üzeyir Hacıbəyov, Xan Şuşinski, Bülbül kimi...

Bu xalq qısır deyil. Bu xalq tarixin bütün dövrlərində dahilər yetişdiirb. Əminəm ki, bənna, dülgər, qaynaqçı, xadimə, dayə işləmək üçün rayondan Bakıya gələn zəhmətkeş ataların, fədakar anaların böyrünə qısılan arıq, çəlimsiz, qarayanız uşaqların arasından neçə-neçə üzeyirlər, bülbüllər, xan şuşinskilər çıxacaq...

Heç kim evini, isti ocağını qoyub Bakıya gəlməz. İnsanlar işləmək, balalarını böyütmək, onlara normal təhsil vermək üçün böyük şəhərlərə üz tuturlar. Yayda Gədəbəyin dağ kəndlərindən birində qonaq oldum. Kənddə olan 60 evin 35-nin qapıısndan qara qıfıl asılmışdı. Kəndi tərk edənlərin yarısı Gəncəyə, yarısı Bakıya pənah aparmışdı.

Tez-tez sual verirlər ki, kənddə xadimə, dayə işləmək olmaz? Olmur, əziz qardaşım, gözəl bacım! 200 evlik kəndlərdə təxminən 400-500 nəfər sağlam işçi qüvvəsi olur. Hər kənddə uzağı bir məktəb, bir xəstəxana, bir dövlət idarəsi var. Onların da hərəsində 1 nəfər xadimə işləyir. Beş nəfər xəstəxanada, 25-30 nəfər məktəbdə, beş-on nəfər də icra strukturunda çalışır. Üst-üstə gələndə 40-50 nəfər edir. Bəs yerdə qalan 400-450 adam harda işləsin, nə yesin, nə içsin?

Sizin ağlınıza gələn mənim də ağlıma gəlir. Bəli, kəndli əkib-becərməlidir, mal-qoyun saxlamalıdır, bolluq yaratmalıdır. Kəndli əkib-becərib, bolluq yaradıb. Amma min bir əziyyətlə ərsəyə gətirdiyi kartofu 8 qəpikdən baha sata bilməyəndə, Cəlilabadda məhsulla dolu kisələrin ətrafında bardaş qurub mərsiyə deyəndə kəndlinin əl-qolu işdən soyudu. Kəndliyə dəstək olan, məhsulunu alan, onu dolandıran olmadı. Bunu etməli olan dövlət qurumlarının rəhbərləri kəndlidən çox öz arvad-uşaqlarının qayğısına qaldıqları üçün kəndlər bir-birinin ardınca boşaldı, evlər bayquşlara qaldı. Bir tikə çörək üçün ev-eşiyindən didərgin düşən zavallı kəndlini söymək yox, bu hədiqətləri söyləmək lazımdır...

Müğənni Xuraman Şuşalı "Yeni Sabah"a danışıb: "Şuşadakı evimiz çox gözəl idi. Mən taxt-tacımı itirib, Bakıya gəlmişdim. Şuşadan çıxanda atam, anam yaralanmışdı. Bizim xoşbəxtliyimiz elə orada da qaldı. Bakıya gələndən sonra atam ayrı, anam ayrı xəstəxanalarda müalicə aldı, qardaş-bacılarımla qohumların qapısında qaldıq, bir yerə yığışa bilmirdik, çünki evimiz-eşiyimiz yox idi. Həmin vaxt bəziləri rişxəndlə deyirdilər ki, yaxşı ki, qaçqın düşdünüz, gəlib şəhəri gördünüz...”

Tanış hisslərdir. 1993-cü ildə biz də qapılarda qalanda bəzi adamlar bəxtəvərlik verirdi ki, gəlib Bakını gördünüz...

Seymur VERDİZADƏ

Xəbər 889 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +