Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


06.01.2023  09:38 

“Olimp” krallığında özbaşınalıq: Sakinlər etiraz edir...





A+  A-

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068 məhəllə ünvanında “Olimp” MTK tərəfindən inşa edilən çoxmərtəbəli binanın sakinləri illərdir problem yaşayır. Artıq 10 ildən çoxdur ki, bina sakinləri öz hüquqları və normal yaşayışları uğrunda mübarizə aparırlar.

Sakinlər 2022-ci ilin noyabr ayının 16-da “Binəqədi-31” MMMC-ni qeydiyyatdan keçiriblər. Prezident Administrasiyasına yazılan şikayət məktublarından sonra onların müraciəti və problemləri öz həllini tapıb. Nəticədə, cəmiyyət binanın infrastrukturunun yaxşılaşdırılması istiqamətində real işlərin həyata keçirilməsi üçün lazım olan sənədləri əldə edib.

“Bizim artıq hesabımız, möhürümüz var və fəaliyyətə başladığımız barədə Binəqədi RİH-ni və digər müvafiq qurumları xəbərdar etmişik. Həmçinin biz “Olimp” MTK-nın rəhbərliyini xəbərdar etdik və müvafiq sənədləri onlara təqdim edərək xahiş etdik ki, qanun çərçivəsində lazımi sənəd və ərazilərin təhvil-təslimini həyata keçirsinlər. Lakin “Olimp” MTK-nın rəhbərliyi 2 aydır təhvil-təslimi həyata keçirməkdən boyun qaçırır və bununla da dövlətin qanunlarını və minlərlə sakinin hüquqlarını pozurlar” – deyə Cəmiyyətin sədri Cümşüd Məmmədov XəzərNews.az-a bildirib.

Bina sakinləri binaya köçdükləri ilk gündən bu günə kimi 13 ildən çoxdur ki, MTK rəhbərliyinin özbaşınalığından və qanunsuzluqlardan şikayətçidirlər.



Kompleks sakinlərindən Fərid Məmmədov XəzərNews.az-a deyib ki, 2009-cu ildən – binanın dövlət qəbulundan keçdiyi gündən orda yaşayır: “İlk gündən MTK-ya icra edilməyən xidmətlərə görə ödəniş edirəm. Bütün bu illər ərzində binanın su hovuzu bir dəfə də olsa təmizlənməyib, su filtrləri quraşdırılmayıb! Biz çirkli su içməyə məcburuq. Həyətdə nə normal işıqlandırma, nə də mühafizə var. Bina sanki partlayışdan sonra sınıb dağılıb, bloklar təmirsiz vəziyyətdədir. Təmizlikdən danışmaq belə mümkün deyil, bloklarda və həyətdə artıq siçovullar peyda olub. Göründüyü kimi, MTK rəhbərliyi sakinlərdən topladığı məbləği öz cibinə qoyur və yaxud öz ehtiyaclarına xərcləyir. Biz belə yaşamaq istəmirik. Buna görə də, öz cəmiyyətimizi yaratmağı qərara aldıq və qanuna uyğun vergi ödəmək, yaşamaq və binamızı bərpa etmək istəyirik. Nə qədər insanların haqqını tapdalamaq, onların pulunu oğurlamaq olar?”

Həqiqətən, bu yaşayış kompleksində insanların mənafeyi və ya normal yaşayışı üçün heç bir şərait yoxdur. Həyətin böyük hissəsində MTK rəhbərliyi qeyri-qanuni tikililər inşa edib.

“Bəs bizim övladlarımız asudə vaxtını harada keçirsinlər, hansı həyətdə oynasınlar? Bu gün biz çox şadıq ki, problemlərimizi həll edə biləcək cəmiyyət yarada bildik. Bu proses çox böyük əmək və xərc tələb edəcək, çünki bina bərbad vəziyyətdədir. Əvvəllər sakinlərdən toplanan bütün vəsaitlər binanın ehtiyaclarının ödənilməsinə deyil, kimlərinsə cibinə gedirdi. Artıq 2 aydır biz yeni rəhbərliyin qayğısını görürük. 13 ildə ilk dəfə blokların təmirinə başlanılıb, binanın 24 saat mühafizəsi həyata keçirilir və şlaqbaumlar quraşdırılıb. Əvvəllər isə bizim kompleksə istənilən şəxs icazəsiz daxil olurdu və tez-tez binamızda oğurluq halları baş verirdi, narkomanlar toplaşırdılar. Təəssüf ki, görüləsi işlər hədsiz çoxdur, digər tərəfdən də bu problemlərin həllinə MTK rəhbərliyi müxtəlif yollarla mane olur. Biz Prezident İlham Əliyevdən dövlətin qanunlarını heçə sayan və icra etməkdən boyun qaçıran “Olimp” MTK krallığını cəzalandırmağı xahiş edirik” – deyə Fərid Məmmədov əlavə edib.



Sakinlər həmçinin binanın yeraltı qarajındakı vəziyyətdən də narazıdırlar. AR Mənzil Məcəlləsində qeyd olunur ki, bu və ya digər cəmiyyətin (MMMC-nin) yaradılmasından və qeydiyyatından sonra MTK müvafiq sənəd, texniki sahələri, çardaqları, zirzəmiləri, həyəti, liftləri, blokları və s. sahələri cəmiyyətə təhvil verməlidir. Bütün bunlar sakinlərin və qeyri-yaşayış sahələrinin sahiblərinin ümumi əmlakı hesab olunur.

Binanın daha bir sakini Elçin Qəhrəmanovun sözlərinə görə, kompleksdəki bir çox cəmiyyətin ümumi əmlakı hesab olunan sahələr MTK rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq satılıb: “Binada özbaşınalıq baş alıb gedir! Qeyri-qanuni olaraq 16-mərtəbəli binada dövlət qəbulundan sonra 2020-ci ildə mansardın üstündə əlavə olaraq 18-ci mərtəbə tikilib satılıb, və bu fövqəladə vəziyyət zamanı sakinlərin təxliyyəsinə mane olmaq deməkdir. Çardaqlar və qeyri-yaşayış sahələri mənzil qismində də satılıb və hal-hazırda bu obyektlərdə yaşayır var. Buna necə yol veriblər? MTK qeyri-yaşayış sahələrini mənzil kimi satanda bəs müvafiq qurumlar hara baxırdılar? Həmin “mənzillər” necə qazla təmin oluna bilərdi? Kompleksdə bir çox qeyri-yaşayış sahələrə niyə texniki şərt olmadan işıq verilir. Bu gün “Olimp” MTK bizi öz ümumi əmlakımız olan zirzəmiyə pulsuz buraxmır. Onlar illərlə oğurluqla əldə etdikləri gəlirlərdən əl çəkə bilmirlər. Yığılan vəsaitdən vergi ödəmirdi, işçilərə qeyri-rəsmi əmək haqqı ödəyir, əmək müqaviləsi imzalamırdı. Bütün kompleksə cəmi bir Nəsir adlı mühafizəçi nəzarət edirdi. O da bütün gün yatmaqla məşğul idi. Bu, həqiqətən, biyabırçılıqdır. İndi isə bütün problemləri həll etmək istədikdə MTK rəhbərliyi bizə qəsdən süni maneələr yaradır”.

Qeyd edək ki, bu günlərdə yeni yaradılmış cəmiyyətin rəhbərliyi minlərlə sakinin problemləri ilə bağlı yenidən Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb.

“Təəssüflər olsun ki, heç də hər kəs bunu anlamır və buna dəyər vermir. Anlamırlar ki, qanunları pozmaq olmaz. Bunlardan biri də “Olimp” MTK rəhbərliyidir. Biz ölkə rəhbərliyindən və müvafiq dövlət qurumlarından MTK təsisçilərin və direktorun ədalətsizliyinə qarşı mübarizədə bizə kömək etmələrini istəyirik” – deyə cəmiyyətin sədri əlavə edib.



Qeyd edək ki, bir neçə ildir müxtəlif dövlət qurumları tərəfindən AR Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işləri aparılır. Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil olunur, bu sahədə mövcud qanunvericilik, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi, saxlanması prinsipləri və üsulları barədə məlumatlar verilir, sahə mülkiyyətçiləri ilə görüşlər keçirilir, onlara ümumi yığıncaqların keçirilməsində və digər təşkilati məsələlərin həllində müvafiq tövsiyələr verilir.

Çox zaman binaların saxlanması və təmiri üçün tələb edilən haqların özbaşına olaraq qanunsuz yığılması, qaldırılması və müəyyən səbəblərlə binaya lazımi xidmətlərin göstərilməməsi sakinlərin haqlı narazılığına səbəb olur. Bu isə MTK-ların Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə çevrilməsi prosesini sürətləndirirdi.

Anar Həsənov
XəzərNews.az


Xəbər 778 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +