Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


05.01.2023  15:17 

Eldar Əzizovun “görmədiyi“ Bakı... - Problem





A+  A-

Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı təyin olunmasından 5 ilə yaxın vaxt keçir. Bəs, ötən 5 ildə paytaxtın idarəçiliyində nələr dəyişib? Eldar Əzizov sələfi Hacıbala Abutalıbovdan yaxşı mənada fərqlənə bilibmi? Yoxsa, paytaxtda durum Hacıbala Abutalıbovun vaxtında olduğundan daha da pisləşib?


Öncə qeyd edək ki, Eldar Əzizov uzun müddətdir icra hakimiyyəti sistemində çalışır.
Belə ki, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışan hazırkı mer 2000–2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin, 2003–2011-ci illərdə Gəncə, 2011–2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, 2015–2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Hazırkı vəzifəsinə isə o, 15 noyabr 2018-ci ildə təyin olunub.

Beləliklə, Eldar Əzizovun bu sahədə 24 ilə yaxın təcrübəsi var. Amma etiraf etmək lazımdır ki, xüsusən də Gəncə və Sumqayıtın icra başçısı vəzifələrində çalışarkən, o da sələfi Hacıbala Abutalıbov kimi, daha çox populist addımları (50 metrlik tort) və sahibkarlara qarşı amansızlığı ilə yadda qalıb. Bununla belə, daim mətbuatda ciddi tənqid olunan, hətta gülüş hədəfinə çevrilən Hacıbala Abutalıbov 17 illik yarıtmaz fəaliyyətindən sonra BŞİH başçısı postundan uzaqlaşdırıldıqdan sonra onu əvəz edəcək şəxsin paytaxtın yığılıb-qalan problemlərinin ən azı bir qismini həll edəcəyi gözlənilirdi.

Bəs, bu baş verdimi?

Təəssüf ki, Eldar Əzizovun təyinatından ötən müddət ərzində baş verənləri saf-çürük etdikdə bu suala müsbət cavab vermək mümkün deyil.

Başlayaq elə, mətbuata və ictimaiyyətə açıq olmaq məsələsindən. Yəqin hamı razılaşar ki, Hacıbala Abutalıbovun vaxtında BŞİH mətbuat və ictimaiyyətə daha açıq qurum idi. O zamankı mer isə jurnalistlər üçün ən əlçatan məmurlardan biri idi. Eldar Əzizovun gəlişindən sonra isə BŞİH də bir sıra dövlət qurumları kimi qapalı bir struktura çevrildi.
Hətta bununla da razılaşmaq olardı. Çünki hazırda ölkədə bir sıra qurumlar mətbuata açıq olmasalar da, cavabdeh olduqları sahədə mövcud olan problemlərə operativ reaksiya verir, onları həll etməyə çalışırlar. BŞİH-ə gəlincə, bu qurum yalnız mətbuat və ictimai rəydə deyil, real həyatda da it-bata düşüb. Və yəqin ki, bunu sübut etmək üçün çoxsaylı arqumentlərə ehtiyac yoxdur. Necə deyərlər, "görünən kəndə nə bələdçi"...

Amma hər halda bəzi problemləri xatırlatmaqda fayda var. Son 4 ildə Bakının görünüşünə xələl gətirən tikililərin, eləcə də ictimai iaşə müəssisələrinin sayı azalmayıb ki, artıb. Xüsusən də paytaxtın mərkəzində "yağışdan sonra çıxan göbələklər kimi" sayı gündən-günə artan ictimai-iaşə müəssisələrinin fəaliyyəti narazılıq doğurur. 28 May, Sahil metrostansiyaları, Fəvvarələr bağı ərazisində satılmayan piyada yolu, səki qalmayıb. Ən dözülməz vəziyyət isə Fəvvarələr bağından Dənizkənarı Milli Parka ("Azərbaycan" kinotetarının ətrafı) gedən yolda yaranıb. Burada hər addımda açıq havada ictimai iaşə obyektlərinin açılması hərəkəti tamamilə çətinləşdirib. Eyni fikirləri yaşayış binaları ilə də bağlı söyləmək olar. Keçmiş mer qanunsuz tikililərə icazə verməkdə, paytaxtın görkəmini korlamaqda ittiham olunurdu. Amma bu gün həmin tikililər dayanıbmı?

Paytaxtın Nəsimi, Nərimanov, Səbayel, Yasamal rayonlarında yenə də əvvəli kimi "tikinti bumu" davam etməkdədir. İnşa olunan binaların heç birini isə nə həyəti, nə uşaq meydançası var. Bu gün Bakıda tikinti biznesi ilə məşğul olanlar hər qarış torpaqdan fayda götürməyə çalışırlar və bu, olduqca dözülməz vəziyyət yaradır.

Başqa bir məsələ. Ötən ilin fevralından Bakı Nəqliyyat Agentliyi BŞİH-in balansında verilib. Amma vəziyyət yaxşılaşmaq əvəzinə, daha da pisləşib. Eldar Əzizov BŞİH kimi BNA-nı da qapalı qurumu çevirib. Sanki BNA sərnişindaşıma deyil, hansısa kəşfiyyat, dövlət təhlükəsizliyi məsələləri ilə məşğul olur. Ən acınacaqlısı isə odur ki, BŞİH sərnişindaşıma ilə məşğul olan şirkətlərin fəaliyyətinə nəzarət edə, normal sərnişindaşıma xidmətini təmin edə bilmir.

Yayda günün istisində, qışda soyuqda-küləkdə sərnişinlər 20-30 dəqiqə dayanacaqlarda marşrut gözləməli olurlar. Gələn avtobuslarda isə adam əlindən tərpənmək olmur. Çox vaxt 1 saat gözlədikdən sonra dayanacağa yaxınlaşan avtobusa minmək mümkün olmur. Sürücülərin etirafına görə, marşrut xətlərinə tələb olunduğundan 2 dəfə az avtobus buraxılır. Bu da axşam işdən evə tələsən yüz minlərlə insanın dayanacaq və yollarda 2 saatdan çox vaxt itirməsinə səbəb olur.

Paytaxtın ən ciddi problemlərindən biri də demək olar ki, gün boyu davam edən tıxaclardır. Xüsusən də səhər və axşam saatlarında yollarda dəhşətli vəziyyət yaranır. Son 4 ildə bu problemin yalnız kəskinləşdiyini demək olar. Buna yalnız Dövlət Yol Polisi cavabdehdirmi? Niyə şəhər meriyası bu problemi "görmür"? Eldar Əzizov icra hakimiyyətləri, müvafiq qurumlarla bu məsələni bir dəfə də olsun, müzakirə edib hansısa təkliflər veribmi? İnanan daşa dönsün.

Son illər paytaxt Bakıya gələn turistlərin sayında artım müşahidə olunur.

Bəs, bu artımla BŞİH rəhbərinin şəhərdə səliqə-səhmana diqqətinin artımı düz mütənasibdirmi? Təəssüf ki, deyil. Mərkəzi küçələr istisna olunmaqla digər küçələr demək olar ki, heç həftədə 1 dəfə təmizlənmir. Kanalizasiya suları şəhərin mərkəzindəki bəzi yeraltı keçidlərı axır. Bir çox ərazilərdə səkilər xarabalığı xatırladır. Çünki son 4 ildə bu səkilər bir dəfə də təmir olunmayıb. Piyada keçidlərinin əksəriyyətində eskalatorların mütəmadi işləmədiyini isə paytaxtda yaşayan hər kəs təsdiq edə bilər.


Bütün bunlar əlbəttə, paytaxtdakı problemlərin heç də hamısı deyil. Biz sadəcə, bu problemlərdən bəzilərini qısaca təsvir etdik. BŞİH merinin öz vəzifələrinin icrasına etinasız yanaşdığını elə bu qurumun öz saytından da görmək olar.

Ötən ilin dekabrı ərzində bu qurumun gördüyü işlər barədə BŞİH-in saytında yalnız iki xəbərə rast gəldik. Bu xəbərlərdən biri dekabrın 16-da Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitabın çap edilməsi, digəri isə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 17-də “Yeni ilə təmiz şəhərlə” devizi ilə ümumşəhər daxili iməcliyi keçirilməsi haqqındadır.

Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur...

Zaur
Baku Post


Xəbər 646 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +